Icma.az
close
up
RU
Azərbaycanda qəpiklərlə bağlı qəribə problem KONKRET

Azərbaycanda qəpiklərlə bağlı qəribə problem KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda 1,3,5 qəpiklərin istifadəsi ilə bağlı narazılıqlar yenidən gündəmə gəlib. Belə ki, tanınmış telejurnalist İradə İsak sosial şəbəkə hesabında üzləşdiyi problemdən yazıb. O qeyd edib ki, 1 və 3 qəpiklərdən ibarət 75 manatı dəyişdirmək istəyib, lakin bankda məbləğin 5 faizinin tutulacağı deyilib. Aparıcı minimal dəyərli qəpiklərin dəyişdirilməsi zamanı vətəndaşların maddi itki ilə qarşılaşdığını vurğulayıb.

Bu nə dərəcədə əsaslıdır?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi qaydalarına görə, qanuni tədavüldə olan bütün sikkələr nominal dəyərində qəbul edilməlidir:

“Yəni 1 və 3 qəpiklik sikkələr bankda heç bir itki olmadan dəyişdirilməlidir. Rəsmi olaraq bu cür, yəni 5 faiz endirim qaydası mövcud deyil. Lakin praktikada vəziyyət fərqlidir. Bəzi banklar kiçik nominallı sikkələri saymaq, çeşidləmək və emal etmək üçün əməliyyat xərci çəkir. Bu xərcləri ödəmək üçün müəyyən hallarda qeyri-rəsmi olaraq müştəriyə komissiya tətbiq edilir”.

İqtisadçı bildirib ki, əslində belə hallarla rastlaşan şəxs qanuni qaydada, şikəyət əsasında haqqını tələb etməlidir:

“İradə İsakın yazdığı əgər realdırsa, bank ona rəsmi sənəd və ya qəbz verməlidir. Əgər bank rəsmi qaydada belə bir faiz tətbiq edirsə, bu, AMB-yə şikayət üçün əsasdır. Qurumun qaynar xəttinə yaxud saytına müraciət problemi həll etməyin ən düzgün yoludur. Ümumiyyətlə, bu tip hallar istehlakçı hüquqlarının kifayət qədər qorunmamasından, şikayət mədəniyyətinin zəifliyindən irəli gəlir. İnsan itkini görür, vaxtını itirmək istəmir və sadəcə razılaşır. Bank isə bundan istifadə edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 May 2026 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri