Icma.az
close
up
RU
Azərbaycanda bayram günlərində hotellərdəki bronların 40 % i ləğv olunub

Azərbaycanda bayram günlərində hotellərdəki bronların 40 % i ləğv olunub

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda 20-30 mart tarixlərini əhatə edən Novruz və Ramazan bayramı günlərində yerli hotellərdəki bronların 40 %-i ləğv olunub.

Halbuki, turizm sektorunun iki bayramının üst-üstə düşdüyü uzunmüddətli tətil dövründən gözləntiləri böyük idi. Xüsusilə daxili turizmdə ciddi artım proqnozlaşdırılırdı. Lakin bayram günlərinin qeyri-sabit hava şəraiti, o cümlədən güclü yağışlar, eləcə də müəyyən geosiyasi amillərlə müşayiət olunması bazarın dinamikasına birbaşa təsir göstərdi və nəticədə sektorda qarışıq mənzərə formalaşdı.

BAKU.WS xəbər verir ki, Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi "Report"a bildirib ki, bayramlar ərəfəsində hotellərdə doluluq göstəriciləri 95-98 % arasında olub, kənd evlərinin isə 40-45 %-i əvvəlcədən rezervasiya olunub: "Bununla belə, Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına uyğun olaraq martın son günlərində ölkədə güclü yağıntı müşahidə olunub. Martın 28-də Bakı və Abşeron yarımadasında 120 mm yağıntının qeydə alınması aylıq normanın 508%-nə bərabər olmaqla son əsrdə rekord göstərici kimi qiymətləndirilir. Bu cür hava şəraiti nəqliyyat infrastrukturuna da təsir edib – dəmir yollarında sürət həddi azaldılıb, gecikmələr yaranıb, bəzi bölgələrdə sel və su basmaları qeydə alınıb. Bundan başqa, bölgədəki geosiyasi gərginlik, xüsusilə Yaxın Şərqdə baş verən hadisələr və uçuş məhdudiyyətləri ümumilikdə turizm axınına təsirsiz ötüşməyib. Bakıda hotellərin təxminən 50 %-də doluluq göstəricisi 30-40 %-ə qədər azalıb, xarici turistlər rezervasiyalarını ləğv edib".

Bununla belə, ekspert daxili turizmin dayanıqlılığını qoruduğunu qeyd edib: "Bölgələrdə əvvəlcədən formalaşmış yüksək rezervasiyalar və alternativ yerləşmə imkanları bazarın sabit qalmasına şərait yaradıb. Hava şəraiti turistlərin davranışına təsir göstərdi, lakin ümumi tələbatı ciddi şəkildə azaltmadı".

Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov isə bildirib ki, əvvəlki illərdə olduğu kimi bu il də daxili bazarda turizmə tələbat yüksək olub: "Lakin bu aktivlik bütün bayram günləri ərzində eyni səviyyədə müşahidə olunmayıb. Daha çox dinamika tətilin ilk günlərində və bayramın bitməsinə 3-4 gün qalmış dövrdə hiss edilib. Təxminən 10 gün davam edən tətilin bütün günlərində eyni intensivlik olmayıb. Daha çox hərəkətlilik əvvəlki günlərdə və son günlərə yaxın müşahidə olundu".

S.Aşurov vurğulayıb ki, əlverişsiz hava şəraiti turistlərin qərarlarına birbaşa təsir göstərib: "Əgər hava şəraiti yaxşı olsaydı, son günlərə qədər regionlarda turistlər daha çox ola bilərdi. Mövcud şərait səbəbindən, xüsusilə Bakı əhalisinin bir hissəsi tətillərini daha erkən başa vuraraq geri qayıtdı. Buna baxmayaraq regionlarda, xüsusilə yüksək kateqoriyalı hotellərdə doluluq təmin olunub. Lakin yerləşmə imkanlarının ildən-ilə artması fonunda qiymətlər ötən illə müqayisədə ciddi artım göstərməyib. Ardıcıl qeyri-iş günləri və uzunmüddətli bayram tətilləri turizmin inkişafı üçün mühüm imkanlar yaradır. İnsanlar bu dövrlərdə istirahətlərini planlaşdıraraq daha çox regionlara üz tutur. Bu da təkcə turist axınını artırmır, eyni zamanda regionlarda iqtisadi aktivliyin yüksəlməsinə, gəlirin daha balanslı paylanmasına müsbət təsir göstərir".

Ekspertlərin ümumi qənaətinə görə, builki Novruz tətili turizm sektoru üçün qarışıq nəticələrlə yadda qalıb. Bölgələrdə daxili turizmin hesabına yüksək doluluq və müəyyən canlanma müşahidə olunsa da, güclü yağıntılar açıq hava fəaliyyətlərini məhdudlaşdırıb, bəzi səfərlərin təxirə salınmasına səbəb olub.

Eyni zamanda, paytaxt və Abşeron üzrə hotellərdə xarici turist axınının azalması və hava şəraitinin mənfi təsiri doluluq göstəricilərini aşağı salıb. Bununla belə, daxili turizmin dayanıqlılığı qorunub və bazarın ümumi tələbatında ciddi azalma qeydə alınmayıb.

Beləliklə, uzunmüddətli bayram tətilləri turizm sektoru üçün ümumilikdə müsbət imkanlar yaratsa da, hava şəraiti və xarici amillər nəticələrə əhəmiyyətli təsir göstərib. Buna baxmayaraq, daxili turizmin sabit qalması sektorun gələcək inkişafı üçün mühüm baza kimi qiymətləndirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://baku.ws
archiveBu xəbər 31 Mart 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri