Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Azərbaycanda yanğın standartları EKSPERTLƏR HOTELLƏRDƏKİ VƏZİYYƏTDƏN DANIŞDI

Azərbaycanda yanğın standartları EKSPERTLƏR HOTELLƏRDƏKİ VƏZİYYƏTDƏN DANIŞDI

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Türkiyənin Bolu vilayətində yerləşən hoteldə baş verən dəhşətli yanğın gündəmi sarsıtdı.

Avtosfer.az xəbər verir ki, ilkin araşdırmalar hotelin yanğın xəbərdarlıq sisteminin işləməməsi və taxta konstruksiyaların alovun sürətlə yayılmasına səbəb olduğunu göstərir.

Bu faciəvi hadisə otellərdə təhlükəsizlik tədbirlərinin vacibliyini bir daha gündəmə gətirib. Azərbaycanda turizm sektorunda təhlükəsizlik məsələləri vətəndaşların narahatlığına səbəb olub. Ölkəmizdə fəaliyyət göstərən otellərdə bu məsələlər necə tənzimlənir və bu kimi halların baş verməməsi üçün hansı tədbirlərin görülməsi gözlənilir?

Turizm eksperti Ceyhun Aşurov Avtosfer.az-a məsələ ilə bağlı açıqlamasında bildirib ki, Azərbaycanda 800-ə yaxın hotel və yerləşmə yeri mövcuddur:

“İstər paytaxtda, istərsə də regionlarda yeni açılan hotellərdə yanğın çıxışlarının, təhlükəsizlik tədbirlərinin və kamera sistemlərinin təmin edilməsi vacib şərtlərdən biridir. Bu tələblər yerinə yetirilmədikdə, ulduz təsnifatlaşdırılması ilə bağlı qiymətləndirmələrdə çatışmazlıqlar aşkarlanır və onların aradan qaldırılması hotelin qarşısında tələb olaraq qoyulur.

Turizmdə təhlükəsizlik ən önəmli amillərdən biridir. Təhlükəsizlik təmin edilmədiyi halda, insanların həyatı risk altına düşə bilər. Xatırladaq ki, bir neçə il əvvəl Batumidə baş verən yanğın nəticəsində personalın hazırlıqsız olması və qonaqların düzgün yönləndirilməməsi ciddi itkilərə səbəb olub. Bu günlərdə Boluda (Türkiyədə) baş verən oxşar hadisə də təhlükəsizlik tədbirlərinin nə qədər əhəmiyyətli olduğunu göstərir”.

Ekspert qeyd edib ki, otellərin tikintisi zamanı yanğın çıxışları və digər təhlükəsizlik mexanizmləri nəzərə alınsa da bu kimi hadisələr çox vaxt hotel personalının hazırlıqsızlığı, qonaqları yönləndirməkdə çətinlik çəkməsi və panika vəziyyətində insanların bir-birinə mane olması səbəbindən yaranır:

“Azərbaycanda fəaliyyət göstərən hotellərin əksəriyyəti təhlükəsizlik standartlarına cavab verir. Xüsusilə ulduz təsnifatlaşmasından keçən hotellərdə bu tələblər müvafiq qurumlar tərəfindən yoxlanılır. Əgər hər hansı bir qüsur aşkarlanarsa, bu barədə hotel rəhbərliyinə xəbərdarlıq edilir və problemin aradan qaldırılması tələb olunur. Vacib məqamlardan biri də hotel personalının mülki müdafiə ilə bağlı məlumatlı olmasıdır. Risk yaranan təqdirdə insanların təhlükəsiz və düzgün şəkildə təxliyyəsi təmin edilməlidir. Hotel rəhbərliyi əmək bölgüsü apararaq bu məsələdə həm personalın hazırlığını artırmalı, həm də potensial riskləri xeyli azaltmalıdır”.

Təhlükəsizlik eksperti Elmar Nurəliyev bu məsələnin təhlükəsizlik baxımından necə təmin edilməsi haqqında saytımıza açıqlamasında bildirib ki, turizm mərkəzlərində, hotellərdə, istirahət komplekslərində və digər obyektlərdə yanğın təhlükəsizliyinə dair tədbirlər ciddi şəkildə təmin edilməlidir:

“Bunun üçün obyektlərdə yanğın siqnalizasiyası, ilkin yanğınsöndürmə vasitələri, su çənləri, hidrantlar və digər yanğın təhlükəsizliyi avadanlıqları mütləq mövcud olmalı və saz vəziyyətdə saxlanılmalıdır. Yanğına davamlı materiallardan istifadə olunmalı, taxta, parça və digər tez alışan materiallar xüsusi yanğına davamlı məhsullarla işlənməlidir.”

Ekspert vurğulayıb ki, işçi heyəti mütləq şəkildə yanğın təhlükəsizliyinə dair təlimlərdən keçməli, təcrübəvi məşqlər aparılmalıdır.

“Bu təlimlər zamanı işçilər fövqəladə hallarda necə davranmalı olduqlarını, müştəriləri təhlükəsiz şəkildə təxliyə etməyi və yanğına ilkin müdaxilə üsullarını öyrənməlidirlər. Təxliyə planları öncədən hazırlanmalı, obyekt daxilində hər bir işçi öz vəzifəsini dəqiq bilməli və ehtiyac yarandıqda düzgün şəkildə icra etməlidir”.

Elmar Nurəliyev sonda vurğulayıb ki, yanğın təhlükəsizliyi tədbirlərinin pozulması, avadanlıqların texniki baxımdan yararsız olması və ya təmir edilməməsi fövqəladə hallarda ilkin müdaxiləni çətinləşdirə bilər. Buna görə də obyekt rəhbərliyi bu qaydalara ciddi nəzarət etməli və təhlükəsizlik standartlarını daim təmin etməlidir.

Nəticə olaraq Boluda baş verən faciəvi yanğın bir daha göstərir ki, hotellərdə təhlükəsizlik tədbirləri prioritet məsələ olmalıdır. Azərbaycanda bu istiqamətdə müəyyən irəliləyişlər olsa da təhlükəsizlik mexanizmlərinin və personal hazırlığının daim inkişaf etdirilməsi vacibdir. Həm yerli, həm də beynəlxalq turistlərin təhlükəsizliyi üçün standartlara riayət olunması, mütəmadi yoxlamalar və fövqəladə hallara hazırlıq xüsusi diqqət tələb edir. İnsan həyatının qiymətsiz olduğu unudulmamalı və təhlükəsizlik hər zaman birinci yerdə olmalıdır.

Fidan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 Yanvar 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri