Azərbaycanda bələdiyyələrin rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Azərbaycanda dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq.
BAKU.WS xəbər verir ki, bu, bu gün Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən "Rəqəmsal İnkişaf Konsepsiyası"nda öz əksini tapıb.
Rəqəmsallaşma səviyyəsinin diaqnostikası üçün dövlət qurumlarının iştirakı ilə işçi qrupun yaradılması nəzərdə tutulur.
Sənəddə deyilir ki, dövlət qurumlarının informasiya təhlükəsizliyinə aid əsas parametrlər siyahısının və məqbul hədlərin müəyyən edilməsi, informasiya təhlükəsizliyi mühitinin diaqnostikası həyata keçiriləcək. Bu məqsədlə aidiyyəti dövlət qurumlarının iştirakı ilə işçi qrupun yaradılması, beynəlxalq təcrübə əsas götürülməklə, dövlət qurumlarının informasiya təhlükəsizliyinin diaqnostikası sənədinin hazırlanması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 16 Yanvar 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















