Icma.az
close
up
RU
Azərbaycanda beyin köçü: səbəblər nədir?

Azərbaycanda beyin köçü: səbəblər nədir?

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Son illərdə Azərbaycanda beyin köçü narahatlıq doğurur. Əksər mütəxəssislər Azərbaycanda elmlə məşğul olan şəxslərin ölkəni tərk etməsinin gələcəkdə Azərbaycan elminin problemlərlə qarşılaşmasına səbəb olacağını deyir.

Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri Zahid Oruc STM-in Prezident İham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı ilə bağlı "Sosial-siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm ve universitetler" mövzusunda təşkil etdiyi dəyirmi masada da bu məsələyə toxunaraq vurğulayıb ki, narahatlıq doğuran daha bir hal - ölkədə qalaraq beyin köçünə uğramaqdır: “Sosial Tədqiqatlar Mərkəzinin 2024-cü ildə elmi müəssisələrdə keçirdiyi sosioloji tədqiqatın nəticələri deyilənləri təsdiqləyir. "Beyin köçü", intellektual miqrasiya (39.7%), eləcə də kadr məsələləri və karyerada yüksəliş imkanları (38.9%), həmçinin, alimin imici (34.6%) də əsas problemlər sırasında qeyd edilib”.

“Xalq Cəbhəsi” problemin səbəbini araşdırmağa çalışıb. Beyin köçünə səbəb nədir və qarşısını necə almaq olar?

“Ölkənin elmi inkişafı populist söhbətlərin predmeti olmamalıdır”

Milli Məclisin deputatı Elnarə Akimova söyləyib ki, beyin köçü anlayış kimi leksikamıza yeni daxil olsa da, dünyada bu proses tarixən mövcud olub: “Hətta məşhur deyim də bu prosesin işığında yaranıb: Elmin vətəni yoxdur, amma alimin vətəni mütləq olmalıdır. Vətənini sevən alim dünyanın harasında olsa da Vətən onunla qürur duyacaq. O da öz vətənini düşünəcək. Məsələn Lütvi Zadə kimi. Əndəlus mədrəsələrində elmlə məşğul olan insanlar təkcə öz ölkələrinin və mənsub olduqları xalqların deyil, dünyanın inkişafına zəmin yaratdılar. Alimin ölkəsindən getməsi elm xatirinədirsə bu başadüşülən, qəbul olunandır. Hətta buna haqq qazandıran bir fikir də var: “Elm Çində də olsa, gedin, öyrənin”. Ölkənin elmi inkişafı populist söhbətlərin predmeti olmamalıdır. Dünya elmi statistikası Georgi Sartonun “Elm tarixi” əsərinə bu baxımdan məsələyə fərqli yanaşmağı tələb edir”.

“Azərbaycanda ciddi elmi baza var”

Deputat Azərbaycanda ciddi elmi bazanın olduğunu vurğulayıb: “Sadəcə, kütləvi şəkildə axın müşahidə olunmur. Əgər varsa da, problem elə elmin öz təcrübəsinə istinadən nizamlanmalıdır. Tutaq ki, elmi potensialımızın ortaya qoyulması üçün imkanların daha məhdud olduğu 1960-cı illərdə krisalloqrafiya sahəsində Xudu Məmmədov elmə gətirdiyi yeniliklərlə Londonda Con Bernalı heyrətləndirirdi. "Həyatımı həsr etdiyim suala cavab taparaq cansız aləmlə canlılar arasında körpü salmış alim Xudu Məmmədovun araşdırması laboratoriyadakı tədqiqatım üçün böyük əhəmiyyətə malikdir. Problem çox çətin problemdir. İngiltərədə və başqa ölkələrdə olan bir çox kristalloqraflar bu problemi həll etməkdə aciz qalmışdır. Buna görə də cənab Məmmədovu təbrik etmək lazımdır". Bunu London Unisersitetinin professoru, Elmi Texniki İnqilab nəzəriyyəsinin banisi Con Bernal deyir. Alimin gedişi elmini daha təkmilləşdirmək üçündürsə bundan qorxmaq lazım deyil,əksinə sevinmək lazımdır”.

“Problemin səbəbi əvvəlcə mənəvi baxımdan çözülməlidir”

E.Akimovanın sözlərinə görə, söhbəti birbaşa iqtisadi amillərlə bağlamaq da doğru deyil: “Eynşteynin pul və alim mövzusunda müdrik bir qənaəti var: "Siz İsa peyğəmbəri pul kisəsi ilə təsəvvür edə bilirsinizmi? Mən təsəvvür edə bilmirəm". Məncə problemi yaradan səbəb ən əvvəl mənəvi baxımdan çözülməlidir. Biz elmin ardıyca köç edən alimlərimizlə, öz iqtisadi durumunu yaxşılaşdırmaq üçün gedən alimləri fərqləndirməliyik”.

“Elmin müxtəlif sahələrində çalışmaq üçün çox geniş imkanlar var”

Akademik Nizami Cəfərov bildirib ki, əslində, Azərbaycanda son zamanlar beyin köçü yoxdur: “Ona görə ki, Azərbaycanda elmi iş üçün, elmin ən müxtəlif sahələrində, xüsusilə də humanitar sahədə çalışmaq üçün çox geniş imkanlar var. Universitetlərimiz fəaliyyət göstərir, hətta yeni-yeni universitetlər açılır. İndi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə bağlı müəyyən problemlər var. Çünki Akademiyada bir növ yeniləşmə işi görülür və daha çox çalışılır ki, Akademiyada çalışanlar universitetlərdə dərs keçsinlər və yaxud hansısa nazirliyin nəzdində olan elmi-tədqiqat müəssisələrində çalışsınlar ki, onların gördüyü iş effektli, məhsuldar olsun. Yəni elə sadəcə ümumnəzəri məsələlərlə məşğul olunmasın”.

“Bu, intellektin, beynin köçməsi məsələsi deyil”

Akademikin sözlərinə görə, texniki elmlər, biologiya elmləri, kompüter elmləri, bu sahələrdə dünyanın inkişaf etmiş mərkəzləri var: “Həmin mərkəzlərdə bizim alimlər olmalıdır, orada çalışmalıdırlar, təcrübələr keçməlidirlər. Hətta bəziləri, ümumiyyətlə, orada qalıb işləməlidirlər. Eləcə də bizim gənclərimiz. Məsələn, elə laboratoriyalar, elə elmi-tədqiqat müəssəsləri var ki, onlar dünyanın heç də bütün ölkələrində olmur. Məsələn, bu gün Çində, ABŞ-də, ya da başqa bu tipli ölkələrdə olan müasir, modern elmi-tədqiqat mərkəzləri heç də dünyanın bütün ölkələrində mövcud deyil. Ona görə də bizim alimlərimiz də gedib orada çalışmalıdırlar. Bəziləri orada qalıb işini davam elətdirməlidir, bəziləri Azərbaycana gəlib, öz ölkələrində o öyrəndiklərini burada həyata keçirməlidirlər. Öz intellektlərini ən azından burada yeni kadrları müəyyən həddə qədər hazırlamağa sərf etməlidirlər. Yəni bu, intellektin, beynin köçməsi məsələsi deyil”.

N.Cəfərov həmçinin qeyd edib ki, bu gün dünya vahid bir kənd halına gəlib: “Dünyanın o başında oturub bu başı ilə elmi əməkdaşlıq edirlər. Buna hər cür texnoloji imkanlar var. Ona görə də klassik mənada beyin köçü baş verir. Bu məsələlərə bir az ehtiyatla yanaşmaq lazımdır və bu məsələlərdən danışanda reallığı, gerçəkliyi, o miqyası nəzərə almaq lazımdır”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:288
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Dekabr 2025 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri