İrem Derici hamilədir? Özü cavabladı (Foto)
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin tanınmış müğənnisi İrem Derici şəxsi həyatı ilə bağlı yayılan iddialarla gündəmə gəlib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin son görüntülərində qarnının nəzərə çarpması sosial şəbəkələrdə müxtəlif şərhlərə səbəb olub. İrem Dericinin nişanlısı Melih Kunukçu ilə münasibətindən övlad gözlədiyi iddia edilib.
Müğənni isə yayılan xəbərlərə aydınlıq gətirərək hamilə olmadığını bildirib.
İrem Derici daha əvvəl də bu mövzuda açıqlama verərək evlənmədən uşaq sahibi olmağı düşünmədiyini qeyd etmişdi.
Qeyd edək ki, İrem Derici və Melih Kunukçu münasibətləri ilə bir müddətdir Türkiyə maqazin mediasının diqqətindədir. Cütlüyün evlilik hazırlığında olduğu bildirilir. Derici daha əvvəl nikahın ilin sonuna qədər baş tuta biləcəyini açıqlasa da, böyük toy mərasimi keçirməyi planlaşdırmadıqlarını söyləyib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:133
Bu xəbər 14 Sentyabr 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















