Icma.az
close
up
RU
Azərbaycanda işsizlərin yarıdan çoxu qadındır səbəblər nədir?

Azərbaycanda işsizlərin yarıdan çoxu qadındır səbəblər nədir?

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cari ilin oktyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 236 min 400 nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Belə ki, onların 50,9 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 472,2 manat olub.

Bəs işsizlər arasında qadınların sayının çoxluq təşkil etməsinin səbəbləri hansılardır?

Mövzu ilə bağlı iqtisadçı-alim Vüsalə Əhmədova Musavat.com-a danışıb:

"Məşğulluq xidməti orqanlarında qeydiyyatda olan işaxtaranların təxminən 55–60%-i qadınlardır. Bu o deməkdir ki, rəsmi işsizlərin yarıdan çoxu qadınlardır, baxmayaraq ki, qadınların ümumi əmək bazarındakı payı 50%-dən bir qədər azdır. Azərbaycanda qadın işsizliyi çox dərin sosial-iqtisadi, mədəni, həmçinin institusional səbəbləri olan bir məsələdir.

Öncə iqtisadi səbəblərə nəzər yetirsək, Azərbaycanda əsasən kişilərin üstünlük təşkil etdiyi sahələr, məsələn, neft-kimya, tikinti sektoru iqtisadiyyatda dominantdır. Qadınların ixtisaslaşdığı sahələrdə isə, məsələn təhsil, səhiyyə, xidmət sektorunda çox zaman ya yeni işçi tələbi azdır ya da maaşlar çox aşağıdır. Regionlarda vəziyyət daha da acınacaqlıdır, qadın işsizliyi Bakıdakına nisbətən xeyli yüksəkdir, çünki ya sənaye və xidmət sektoru zəif inkişaf edib, ya da qadınlara uyğun iş yerləri azlıq təşkil edir. Mədəni və sosial stereotipləri də bura əlavə edə bilərik. Bəzi ailələrdə qadının işləməsi hələ də birmənalı qarşılanmır. Uşaq bağçalarının azlığı və ailədaxili rolların bərabər bölünməməsi qadınların işə çıxmasını çətinləşdirir. Bəzi qadınlar evləndikdən sonra həyat yoldaşının və ya ailənin təzyiqi ilə işləməyə son qoyur. Bu qadınlar bir müddətdən sonra iqtisadi səbəblərdən və ya sosial təminat məsələlərinə görə rəsmi məşğulluq sisteminə üz tuturlar, lakin bu zaman da kifayət qədər təcrübələri olmadığı üçün iş tapmaqda çətinlik çəkirlər və bir hissəsi oxuduqları ixtisas üzrə iş tapa bilmir".

Vüsalə Əhmədovanın fikrincə, daha dərin bir problem var ki, bu da əmək bazarında gizli və ya açıq gender ayrı-seçkiliyinin olmasıdır:

"Hətta iş elanlarına nəzər yetirsəz görərsiz ki, kişilərə üstünlük verilməsi bir neçə səviyyədə özünü göstərir. Məsələn, açıq şəkildə belə ifadələrə rast gəlmək olar: "yalnız kişi namizədlər üçün" və ya "kişilərə üstünlük veriləcək" və s. Bu cür ifadələr rəsmi olaraq qanunsuz sayılır, çünki Azərbaycan qanunvericiliyinə görə, (Əmək Məcəlləsi, maddə 16) işə qəbul zamanı cinsə görə ayrı-seçkilik qadağandır. Bəzi elanlarda da cins birbaşa yazılmasa da, mətnin özü kişiyə yönəlmiş olur. Məsələn, "səfərlərə tez-tez çıxmalı olacaq", "stressə davamlı və gec saatlaradək işləmək bacarığı", "rəhbərlik etmək bacarığı" və s. bu kimi ifadələr qadın namizədləri dolayı şəkildə kənarda qoyur. Neft, mühəndislik, logistika, tikinti, təhlükəsizlik kimi yüksək maaşlı sahələrdə kişilərə üstünlük verilir. İşəgötürənlər xüsusilə özəl sektorda bəzən qadın namizədin analıq məzuniyyəti və ya ailə öhdəlikləri səbəbindən daha "əlverişsiz" olduğunu düşünürlər. Azərbaycan qadınlarının orta maaşı kişilərdən 30–35% azdır, bu fərqin bir hissəsi məhz işə qəbulda ayrı-seçkiliklə əlaqəlidir".

İqtisadçı-alim vurğulayıb ki, rəsmi statistika və beynəlxalq hesabatlara əsasən, rəhbər vəzifələrdə və yüksək maaşlı sahələrdə çalışan kişilərin payı qadınlardan xeyli yüksəkdir:

"Bu, Azərbaycanda gender bərabərsizliyinin ən aydın göründüyü sahələrdən biridir. Ümumi rəhbər və idarəçi vəzifələrdə çalışanların cins bölgüsünə baxsaq, çalışanların təxminən 70–75%-i kişilər, yalnız 25–30%-i qadınlardır. Dövlət sektorunda, xüsusilə nazirliklərdə, icra hakimiyyətlərində və dövlət müəssisələrində rəhbər postların böyük hissəsi kişilərin əlindədir. Qadınlar daha çox orta səviyyəli idarəetmə və ya mütəxəssis vəzifələrində çalışır. Özəl sektora gəlincə, burada da qadınların rəhbər vəzifələrə yüksəlməsi nisbətən çətindir. Səbəbi həm mədəni stereotiplər, həm də şəxsi və ailə öhdəliklərinin balanslaşdırılmasındakı çətinliklərdir. Yalnız təhsil və səhiyyə sahəsində çalışanların əksəriyyətini qadınlar təşkil edir ki, burada da rəhbər səviyyələrdə yenə kişilər üstünlük təşkil edir. Məsələn, müəllimlərin 80%-i qadınlardır, lakin direktor və rektorların əksəriyyəti kişidir. Cəmiyyətdə "rəhbərlik kişi işidir" kimi düşüncələr hələ də mövcudluğunu qoruyur. Qadın rəhbərlər bəzən həmkarlar və bəzən də cəmiyyət tərəfindən daha çox tənqid olunur və mobinqlə üzləşir. Qadınlara yüksəliş və qərarvermə proseslərinə daxil olma imkanları kişilərə nisbətən az verilir.

BMT və Dünya İqtisadi Forumunun "Gender Bərabərliyi İndeksi"nə görə, Azərbaycan "qadınların iqtisadi iştirak və qərarvermə səviyyəsində" göstəricilərinə görə, orta səviyyədən aşağı qrupdadır. Bu da o deməkdir ki, qadınların təhsili yüksək olsa da, karyera imkanları ilə uyğunlaşmır.

Düşünürəm ki, şirkətlərdə qadınların rəhbərliyə irəliləməsini dəstəkləyən korporativ gender siyasəti həyata keçirilməlidir. Qadınlar üçün xüsusi liderlik inkişaf proqramları müəyyən olunmalıdır. Bəzi ölkələrdə olduğu kimi, qadınların rəhbər orqanlarda minimum payını müəyyən edən kvotalar tətbiq edilməlidir. Dövlət Məşğulluq Agentliyi, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi və QHT-lər tərəfindən iş elanlarının cinsiyyət yönümlü analizinin aparılması mütləqdir. Elanlarda "namizəd" və ya "mütəxəssis" kimi ifadələrdən istifadə olunmalıdır, "kişi" və "qadın" sözləri ancaq bioloji imkanlar tələb edən vəzifələr, məsələn, aktyorluq, idman yarışları və s. üçün qeyd oluna bilər.

Qadın sahibkarlığına dəstək mexanizmləri olsa da, onların çoxu kağız üzərində qalır təəssüf ki, real nəticə olmur. Həmçinin, çevik saatlar, uzaqdan iş, uşaq baxımı dəstəyi və s. kimi ailə dostu iş rejimi də nəzərdən keçirilə bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Oktyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri