Icma.az
close
up
RU
Azərbaycanda biruşaqlı ailələr niyə artır? AÇIQLAMA

Azərbaycanda biruşaqlı ailələr niyə artır? AÇIQLAMA

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda biruşaqlı ailə modeli son illərdə daha çox yayılmağa başlayıb. Biruşaqlı ailələrdə valideynlər uşaqlarına daha çox diqqət və qayğı göstərirlər, onların təhsilinə və sosial inkişafına daha çox resurs ayırırlar.

Bəs Azərbaycanda ailələr nə üçün biruşaqlı ailə modelinə keçirlər?

Mövzu ilə əlaqədar sosioloq Lalə Mehralı Metbuat.az-a bildirib ki, bu, əslində ailədən ailəyə, fərddən fərdə dəyişən vəziyyətdir, amma ümumiləşdirsək, bir neçə səbəbini demək olar:

“Bunlardan birincisi maddi problemlərdir. Ailələr çoxuşaqlı olmağın marağında deyillər, çünki maddi tərəfdən təmin edə bilmirlər. Təhsil xərcləri, səhiyyə xərcləri, əyləncə, qidalanma, geyim – üst-üstə gələndə bir uşağın aylıq xərcləri ailənin ümumi gəlirlərinə bərabər olur. Ona görə də valideynlər bir neçə uşaq dünyaya gətirib təmin etməkdə problem yaşamaq istəmirlər. Bir uşağı tam təmin edilmiş formada böyütmək istəyirlər. Bir uşağın bütün ehtiyaclarını 2-3 uşaq arasında bölmək məcburiyyətində qalırlarsa, hamısının təminatını yarımçıq ödəməyə məcburdurlar. Bu da təbii ki, ailə tərəfindən istənilməyən bir vəziyyətdir. Dövlətin uşaq pulu məsələsində hələ də neytral qalması və ödəməməsi, işləyən qadınların analıq məzuniyyətinə görə az məbləğ alması, doğuşa görə birdəfəlik müavinətin azlığı ümumilikdə çoxuşaqlılıq meyarının qeyri-normal olması məsələlərində öz rolunu oynayır. Məsələn, üç uşaq çoxuşaqlılıq meyarı kimi qəbul edilsə, əksəriyyət üç uşaq dünyaya gətirməkdə maraqlı olar (red. çoxuşaqlı analara müavinət verilir). Amma bu gün bizdə minimum altı uşağın olmalıdır ki, çoxuşaqlı ailə sayıla bilərsən. 6 uşağa görə də heç kim yükün altına girmək, o riski almaq istəmir”.

Sosioloq qeyd edib ki, başqa bir səbəb qadınların təhsil məsələsinə önəm vermələridir:

“Qadınlar xüsusilə karyeralaralarında inkişaf etmək istəyirlər. Ona görə də bir uşaq dünyaya gətirib hər iki tərəfdən nəslin könlünü xoş etmək, daha sonra öz həyatlarını inşa etmək istəyirlər. Bəzən haqlıdırlar, çünki ailə qurana qədər onlar öz təhsillərinə çoxlu kapital yatırırlar və karyera qurub o kapitalı geri qazanmaq istəyirlər. Təbii olaraq uşağı da bu istiqamətdə əngəl görürlər. İki və daha artıq uşağın baxımı fərqli zamanları aldığına görə bir uşaqla kifayətlənmək onlar üçün daha rahat olur. Bəzi hallarda qadınlar qeyri-sağlam hamiləlik keçirirlər. Xüsusilə də karyerasına həyatını həsr edənlər gec ana olmaq olmağı seçirlər. Bu zaman sağlam hamiləlik məsələsi bir qədər qeyri-real hesab olunur. Çünki 22-25 yaşında bir qadının hamiləliyi ilə 30 yaşında olan qadının hamiləliyi eyni standartlarda olmur. Yaş irəlilədikcə qadın orqanizmi hamiləliyi daha ağır və məşəqqətli keçirir. Bəzən aylarla yataq rejimində olurlar və s. Ona görə də növbəti hamiləliyi qısıtlayırlar”.

L.Mehralı əlavə edib ki, biz tarixən çox uşaqlılığı sevən ölkə olmuşuq. Bir uşaqla kifayətlənən ailələr də, əslində, bunu könüllü istəyərək etmirlər, sadəcə təminat məsələsində əziyyət çəkməmək üçün məcbur olurlar”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 14 Yanvar 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri