Azərbaycanda rabitə qiymətləri niyə artır? AÇIQLAMA
Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda rabitə xidmətlərinin qiymətləri kifayət qədər bahadır. Məsələn, bu dəfə “Azercell” şirkəti balans öyrənmə bildirişinin qiymətini 2 qəpikdən 10 qəpiyə artırıb. Bu, hələlik yalnız balans öyrənmə mesajına aiddir. Digər tariflər, internet paketlərinin qiymətləri, zəng tarifləri və digər xidmətlərdə də bahalaşma müşahidə olunur. Əslində, bu vəziyyət təkcə “Azercell”ə deyil, digər mobil operatorlara da aiddir.
Bəs Azərbaycanda rabitə qiymətləri ilə bağlı tənzimlənmələr mövcuddur?
İqtisadçı ekspert Elçin Rəşidov Metbuat.az-a açıqlamasında bu sahənin tənzimləndiyini düşünmədiyini deyib:
“”Azercell” özəl şirkət olaraq mobil operator xidmətləri göstərir və hazırda ölkədə bu sahədə oliqopoliya mövcuddur. Mobil operator xidməti göstərən şirkətlərin sayı məhduddur. Amma həmçinin istifadəçilər istər “Azercell”in, istərsə də digər mobil operatorların mobil tətbiqindən istifadə edərək öz balanslarını ödənişsiz şəkildə yoxlaya bilirlər. Bu baxımdan yaxşıdır ki, şirkət bəzi xidmətlərin qiymətini artırsa da, eyni zamanda alternativ olaraq bu xidməti ödənişsiz bilmək imkanı təqdim edir”.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 27 Fevral 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















