Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Azərbaycanda biznesin ömrü niyə qısadır? Mütəxəssis səbəbləri açıqladı

Azərbaycanda biznesin ömrü niyə qısadır? Mütəxəssis səbəbləri açıqladı

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illərdə Azərbaycanda kiçik və orta sahibkarlığa dövlət dəstəyi nəzərəçarpan dərəcədə artıb. Güzəştlər, subsidiyalar və dövlət proqramları sahibkarlar üçün əlverişli imkanlar yaratsa da, sahibkarlığın inkişafında hələ də müəyyən çətinliklər mövcuddur. Şirkətlərin davamlı inkişafı, bazarda dayanıqlı mövqe tutması və idarəetmə səmərəliliyi məsələləri hələ də aktuallığını qoruyur. 

Mövzu ilə bağlı bağlı "BMG International" innovativ üslublu konsaltinq şirkətinin təsisçisi və CEO-su, iqtisadiyyat, maliyyə və biznes sahəsi üzrə mütəxəssis, o cümlədən "Hazır Mühasib" platformasının təsisçisi Orxan Məmmədzadənin Moderator.az-a müsahibəsini təqdim edirik:

– Orxan bəy, son illərdə Azərbaycanda sahibkarlıq mühitində canlanma müşahidə olunur. Bir mütəxəssis kimi bu inkişaf dinamikasını necə qiymətləndirirsiniz və hazırda yerli bizneslərin qarşılaşdığı çətinliklər nələrdir?

–  Sahibkarlıq hər hansı bir xidmətin icrasını və ya yeni bir istehsal ideyasını mənfəət yönümlü dayanıqlı biznes modelinə çevirmək fəaliyyətidir. Son illərdə Azərbaycanda sahibkarlıq yetəri qədər inkişaf edir. Bu gün sahibkarlar daha çox kiçik istehsalat və xidmət sahələrinə maraq göstərirlər. Lakin Azərbaycan brendi hələ bazarda kifayət qədər tanınmır və düzgün marketinq strategiyasının olmaması səbəbindən yerli istehsalçılar bəzən çətinliklərlə üzləşir. Yəni məhsulun keyfiyyəti olsa da, istehlakçı onu tanımadığı üçün yerli istehsal hələ tam bazarda öz mövqeyini qura bilmir.

–  Beynəlxalq təcrübə ilə müqayisə etdikdə, Azərbaycan sahibkarlığının qlobal trendlərdən geri qalmasına səbəb olan fundamental amillər hansılardır?

–  Digər ölkələrlə müqayisədə geri qalmağımızın əsas səbəbi həmin ölkələrin artıq müəyyən istehsal sahələri üzrə ixtisaslaşması və məhsul keyfiyyətlərini qlobal miqyasda isbat etmələridir. Bu ölkələr yaratdıqları məhsullarla bazarda öz sözlərini deyiblər və müəyyən sektorlar üzrə güclü assosiasiyalar formalaşdırıblar. Məsələn, bu gün dünyada "keyfiyyətli ayaqqabı" deyiləndə ağlımıza ilk olaraq İtaliyanın gəlməsi məhz həmin ölkənin uzun illər boyu istehsalatda yaratdığı etimadın və brendləşmənin nəticəsidir. Azərbaycanda isə yerli məhsullar hələ bazarda kifayət qədər etibar qazana bilmir. Bir çox yerli məhsullar keyfiyyətcə xarici alternativlərdən geri qalmır. Lakin problemin əsas səbəbi düzgün marketinq və PR-in olmamasıdır — yerli istehsalçılar əvvəlcə bazarda öz məhsullarını isbat etməli, sonra isə onu daha geniş satışa çıxarmaq üçün səylərini artırmalıdır.

– Statistikaya nəzər salsaq, bir çox şirkətin böyük iddia ilə fəaliyyətə başlamasına baxmayaraq, qısa müddət sonra bazardan çəkildiyini görürük. Sizcə, yerli bizneslərin "ömrünün qısa olması"na təsir edən əsas strateji səhvlər nələrdir və iflasdan qaçmaq üçün hansı preventiv addımlar atılmalıdır?

–  Şirkətlərin fəaliyyətini dayandırması yalnız Azərbaycanda deyil, dünyanın hər yerində rast gəlinən bir haldır. Çünki heç də hər başlayan biznes uzun müddət uğurla davam edə bilmir. Başlayan və müvəffəqiyyətlə davam edən şirkətlərin sayı çox böyük deyil. Bunun əsas səbəbi biznesin düzgün dəyərləndirilməməsi, maliyyə idarəetməsinə yetərli diqqət verilməməsi və rəqabətə davamlılığın təmin olunmamasıdır. Bunun nəticəsində biznes ya bazardan çıxır, ya da planlaşdırılan məqsədlərə çatmır. Halbuki biznesin məqsədləri və prioritetləri qısamüddətli və uzunmüddətli olmaqla əvvəlcədən müəyyən edilməlidir. Biznes qurulmadan öncə uzunmüddətli strategiya hazırlanmalıdır.  Əksər sahibkarlar marketinq hissəsinə diqqət yetirsələr də, maliyyə məsələlərini lazımi səviyyədə nəzərə almırlar. Satış gözlənilən səviyyədə olmadıqda biznesin dayanıqlı qalması mümkün deyil. Xərcləri qarşılamaq, likvidliyi təmin etmək və dövriyyəni balansda saxlamaq üçün maliyyə vəsaiti, likvidlik əmsalı kimi amillər vacibdir. Bu prinsiplərə əməl olunmadıqda biznes məcburi şəkildə fəaliyyətini dayandırır.

– Ölkəmizdə sahibkarların bir qismi iş təcrübəsi ilə öyrənir, bəzisi isə təlimlərə üz tutur. Sizcə, təlimlər inkişafda nə dərəcədə təsirlidir və bu sahədə hansı yenilikləri təklif edirsiniz?

– Bəli, sahibkarlar maariflənmək üçün təlimlərə üz tuturlar, lakin burada bəzi incə məqamlar var. Təcrübəmdə görmüşəm ki, bəzən təlimlər bilik alış-verişindən çox, diskussiyaya və mübahisəyə çevrilir. Bunun kökündə bəzi yerli sahibkarların "mən artıq müəyyən uğur qazanmışamsa, N saylı işçim varsa, deməli, hər şeyi hamıdan yaxşı bilirəm" düşüncəsi dayanır. Əlbəttə, bu yanaşmanı hamıya şamil etmək olmaz. Aralarında həqiqətən maariflənmək istəyən və öz üzərində işləyən vizyon sahibi sahibkarlarımız da çoxdur. Sahibkarlara biznesin ana xəttini təşkil edən marketinq, maliyyə və idarəetmə sahələrinə daha çox fokuslanmağı tövsiyə edirəm. Məhz bu ehtiyacı nəzərə alaraq, təlim şirkəti olaraq yaxınlarda idarəedici sahibkarlar üçün xüsusi proqramımızı istifadəyə veririk.  "MindMaster” adlanan bu təlimdə məqsədimiz ən az vaxt ayırmaqla sahibkara ən zəruri və tətbiqi məlumatları çatdırmaqdır. Eyni zamanda, təlim proqramına yerli və xarici sahibkarların əlaqələndirilməsini və real təcrübə paylaşımını da daxil etmişik ki, bu da iştirakçılar üçün praktik bir platforma rolunu oynayacaq. Düşünürəm ki, bu yanaşma  sahibkarlar üçün həm çox faydalı, həm də maraqlı  olacaq.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Yanvar 2026 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see235

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see210

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see196

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see171

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see164

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see153

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see149

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see146

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see146

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see145

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see142

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see142

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see139

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see137

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see135

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see135

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see134

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri