Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Azərbaycanda insanlar niyə kiberdələduzların toruna düşür? Mütəxəssis səbəbləri AÇIQLADI

Azərbaycanda insanlar niyə kiberdələduzların toruna düşür? Mütəxəssis səbəbləri AÇIQLADI

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son dövrlər Azərbaycanda kiberdələduzluq halları artmaqdadır. Müxtəlif üsullardan istifadə edən kibercinayətkarlar insanların şəxsi məlumatlarını ələ keçirir, bank hesablarına müdaxilə edir və maddi zərər vururlar. Dövlət qurumları və mütəxəssislər tərəfindən dəfələrlə xəbərdarlıqlar edilsə də, hələ də bu cür dələduzluğun qurbanına çevrilənlər var.

Bəs Azərbaycanda əhalinin kibertəhlükəsizlik və rəqəmsal savadlılıq səviyyəsi nə dərəcədədir? İnsanların kibercinayətkarların tələsinə düşməməsi üçün hansı maarifləndirmə tədbirləri görülməli və hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Fərid Kazımov bildirdi ki, bu, böyük problemdir və problemin əsas səbəbi, əlbəttə ki, insanların kibergigiyena qaydalarına əməl etməməsi ilə bağlıdır.

"Müxtəlif dövlət orqanları dəfələrlə bu barədə məlumatlar verir, insanları çəkindirir, filan-filan şeyləri etməməyi tövsiyə edirlər. Azərbaycanda fəaliyyət göstərən müxtəlif alqı-satqı saytlarında da elanların yanında hər dəfə xəbərdarlıq yazılır ki, bu addımları atmayın. Amma insanlar yenə də həmin addımları atırlar. Bu, mənim dediyim kimi, insanların savadsızlığından irəli gəlir.

Bu problemin əsas səbəbi ondadır ki, Azərbaycanda internet istifadəçilərinin böyük bir kütləsi internetdən istifadəyə birbaşa olaraq smartfonlarla başlayıb. Elə bil ki, onlar ümumiyyətlə internetdən istifadə etməyiblər və birdən-birə telefon vasitəsilə internetə daxil olmağa başlayıblar. Məsələn, mən şəxsən ilk olaraq stolüstü kompüterdən istifadə etmişəm, sonra laptopa keçmişik, laptop almışıq. Müəyyən mərhələdən sonra isə smartfonlar vasitəsilə internetə çıxışımız olub. Bu mərhələlər insanlara müəyyən mənada kibergigiyena vərdişləri qazandıra bilərdi. Yəni insan ən azı müəyyən maarifləndirmə nəticəsində nələri etməli olduğunu özü də bilə bilərdi", - deyə ekspert vurğuladı.

Fərid Kazımovun sözlərinə görə, kiberdələduzluğun qurbanına çevrilənlər arasında, xüsusilə də bu problemin əsasını təşkil edən insanların böyük bir qisminin ali təhsili yoxdur:

"Çünki, məsələn, evə kompüteri kim alırdı? Ali təhsili olan, təhsil alan, yaxud müəyyən iş fəaliyyəti zamanı kompüterdən istifadə edən insanlar. Əgər kibercinayətkarların qurbanı olan şəxslərin statistikası varsa, bilmirəm, bu statistika mövcuddur, ya yox, amma ona baxsaq, görərik ki, onların böyük əksəriyyəti, əlbəttə ki, ali təhsili olmayan insanlardır. Bu da, mənim zənnimcə, sırf savad və biliklərin az olması məsələsi ilə bağlıdır.

Təbii ki, bu istiqamətdə işlər aparılmalıdır. Problem ondadır ki, müxtəlif resurslar, məlumatlar internetdə mövcuddur. Axtarmaqla hər şeyi tapmaq olar. Ən azı lazım gələrsə, süni intellektə sual verib cavab almaq, Azərbaycan, rus, ingilis və digər dillərdə bundan istifadə etmək mümkündür. Məlumat baxımından heç bir məhdudiyyət yoxdur. İnsan özünü müdafiə etmək istəyirsə, bu məlumatları çox asanlıqla əldə edə bilər".

Ekspert hesab edir ki, əsas problem insanların bu imkanlardan istifadə etməməsidir. Onun sözlərinə görə, müxtəlif saytlar və mobil tətbiqlər yaradılsa belə, insanların müəyyən mənada tənbəlliyi, “Mənə bu nə lazımdır, ehtiyac yoxdur” düşüncəsi buna mane olur:

"Bu addımlar məcburi ola bilməz. Yəni Azərbaycanda bu məsələni məcburi şəkildə tətbiq etmək, insanlara mütləq öyrənməli olduqlarını demək mümkün deyil. Amma bunun üçün müxtəlif stimullaşdırıcı alətlərdən istifadə etmək olar".

O, maarifləndirmə tədbirlərində insanları həvəsləndirəcək stimullaşdırıcı vasitələrdən istifadənin mümkün olduğunu da qeyd etdi. Ekspert misal olaraq bankların bu istiqamətdə müəyyən təşviq mexanizmləri tətbiq edə biləcəyini bildirdi:

"Məsələn, banklar deyə bilərlər ki, sən mobil tətbiqdəki kibergigiyena üzrə kursu, təlimi keç. Normal bir təlim kimi, heç olmasa, bu sahədə müəyyən biliklər əldə et. Təlimi keçdiyin halda isə bank tərəfindən sənə müəyyən hədiyyə verilə bilər. Məsələn, kartın üçün 50 faiz endirim və ya başqa bir üstünlük təklif oluna bilər. Belə addımlarla insanları müəyyən mənada stimullaşdırmaq mümkündür. Bunun üçün müxtəlif stimullaşdırıcı vasitələr var.

Məsələn, tamam başqa sahə olsa da, Avropada, İngiltərədə və digər ölkələrdə fəaliyyət göstərən qlobal sığorta şirkətlərinin təcrübəsinə baxaq. Tutaq ki, insan hansısa korporativ şirkətdə işləyir və həmin şirkət tərəfindən könüllü sığortalanıb. Bu zaman sığorta şirkəti deyir ki, əgər sən altı ay və ya bir il ərzində həkim xidmətlərindən istifadə etməsən, bizdən sənə hədiyyə: hansısa kofe şəbəkəsində pulsuz kofe, kinobiletləri və ya başqa bir hədiyyə. Yəni insan gedib həmin hədiyyədən istifadə edə bilər. Belə stimullaşdırıcı alətlər insanları həvəsləndirir.

Bu modeli kibertəhlükəsizlik və kibergigiyena sahəsində də tətbiq etmək olar ki, insanlar elementar olaraq başa düşsünlər: bunu düzgün etsələr, qarşılığında belə bir üstünlük əldə edəcəklər. Bu da müəyyən mənada kömək edə bilər ki, insanlar həqiqətən həmin addımları atsınlar".

Fərid Kazımov həmçinin bu istiqamətdə maarifləndirmə işlərinə medianın da cəlb olunmasının vacibliyini vurğuladı. Onun fikrincə, televiziya kanalları, xəbər saytları və digər media qurumları bu prosesdə fəal iştirak etməlidirlər.

"Bu istiqamətdə iş aparılmalı, prosesə media da xüsusi olaraq qoşulmalıdır. Məsələn, televiziya kanalları, saytlar və digər media qurumları bu işdə iştirak etməlidirlər. Təəssüflər olsun ki, hələlik bu proses tam sistemli şəkildə aparılmır. Halbuki bu işin içində medianın çox vacib və mühüm əhəmiyyəti var", - deyə ekspert əlavə etdi.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Noyabr 2026 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see311

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see309

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see286

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see283

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see266

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see259

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see251

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see249

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see241

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see240

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see237

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see225

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see216

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see214

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see211

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see201

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see196

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see190

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see190

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri