Icma.az
close
up
RU
Azərbaycanda boşanmalarda son illərin ən yüksək göstəricilərindən biri: iki aya 3414 boşanma…

Azərbaycanda boşanmalarda son illərin ən yüksək göstəricilərindən biri: iki aya 3414 boşanma…

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər dəfə boşanmaların sayı açıqlananda cəmiyyət buna böyük təəssüf hissi ilə reaksiya verir. Məsələ telakanallarda müzakirə olunmağa başlayır, sosial mediada bu istiqamətdə paylaşımların çoxluğu diqqət çəkir. İnsanlar boşanmaların sayının artmasını faciə kimi qiymətləndirir. Əksəriyyət müasir insanın doğru yolda olmadığını düşünür.

Bizimyol.info xəbər verir ki, 2025-ci ilin ilk iki ayı ərzində ölkədə 3414 nikahın pozulması halı qeydə alınıb. Keçən illə müqayisədə ciddi fərq gözə dəymir. Amma son illərin ən yüksək göstəricilərindən biri rəsmiləşib.

Azərbaycanda boşanmaların sayı həqiqətən də çoxdurmu? Təsəvvür edin, 1999-cu ildə əhalinin hər 1000 nəfərinə düşən boşanma indeksi 0,6 olub, indi isə 2,1-dir. Yəni 2,5 dəfə artımdan söhbət gedir. 2011-ci ildən artım başlayıb və yalnız çoxalma müşahidə edilir. 2023-cü ildən etibarən göstərici 2-dən aşağı düşmür. Azərbaycanda yalnız İkinci Dünya Müharibəsindən əvvəl oxşar mənzərə olub.

Başqa ölkələrlə müqayisə bizə analiz üçün daha çox kömək edə bilər. Bizim cəmiyyətdə belə fikir var ki, Qərb dövlətlərində vəziyyət daha acınacaqlıdır. Lakin Norveçdə əhalinin hər 1000 nəfərinə düşən boşanma indeksi 1,5-dir. Avstriya, Yunanıstan, Xorvatiya, İslandiya, Niderland, Polşa, Rumıniya, Portuqaliya, Slovakiya, İspaniya, Serbiya və Sloveniyada 2-yə çatmır. İrlandiyada, ümumiyyətlə, hər 1000 nəfərə heç 1 boşanma düşmür.

Biz hələ çox ölkənin adını yazmadıq. Latın Amerikasında boşanmaların sayına görə bizdən geri qalmağı bacarmış dövlət az deyil. Qonşu ölkələrdən yalnız Rusiyada daha çox boşanma var.

Cəmiyyətin narahatlığı əbəs deyilmiş. Sayın belə sürətlə artması ailə institutunun sarsılması anlamına gəlir. Burada sosial-iqtisadi amillər ciddi rol oynayır. Digər yandan ailə planlamasının olmaması, fundamental məsələlərə ciddi yanaşılmaması özünü göstərir. İnsanlar evliliyin necə böyük məsuliyyət gətirdiyini anlamalıdır. Həm nikaha, həm də boşanma prosesinə ciddi yanaşmaq lazımdır.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 May 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri