Icma.az
close
up
RU
Azərbaycanda bu avtobuslarla bağlı dəyişiklik ola bilər TARİX

Azərbaycanda bu avtobuslarla bağlı dəyişiklik ola bilər TARİX

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 25-də Qaradağda 2 nəfərin ölümü ilə nəticələnən qəza ətrafında müzakirələr yaranıb. 9 nəfərin də yaralandığı hadisə barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlaması diqqət çəkib. Qurum sərnişin avtobusunun qanunsuz fəaliyyət göstərdiyini bildirib. Vətəndaşların sözlərinə görə, 122 saylı marşrut xətti uzun illərdir ki, Qaradağ rayonunun Çeyildağ-Lökbatan istimqaməti üzrə yeganə ictimai nəqliyyatdır və sərnişindaşımaya yararsızdır.

Bəs ötən illər ərzində niyə tədbir görülməyib? AYNA istismara yararsız avtobuslarla bağlı nələr etməlidir?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, hazırda istismarda olan avtobusların ümumi sayı 2300 civarındadır:

“Onların təxminən 400-ü istismara yararsız vəziyyətdədir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də bunu rəsmi şəkildə açıqlayıb. Həmin avtobuslar faktiki olaraq istifadəyə yararsızdır və birbaşa utilizasiyaya göndərilməlidir. Qanunsuz sərnişindaşıma məsələsinə gəldikdə, hazırda qəsəbədaxili ərazilərdə, o cümlədən məhəllələrdə marşrutlar üzrə qeyri-rəsmi şəkildə fəaliyyət göstərən avtobuslar mövcuddur. Müvafiq qurumlar əhalinin narahatlığını artırmamaq üçün bu vəziyyətə müəyyən mənada göz yumurlar. Çünki həmin marşrutlar bağlandığı halda, ərazi üzrə alternativ rəsmi daşıyıcı mövcud deyil və insanlar nəqliyyatsız qala bilər”.

Elməddin Muradlı

Ekspert bildirib ki, bu marşrutlar üzrə müsabiqələr elan edilsə də, əksər hallarda daşıyıcılar müraciət etmirlər:

“Belə hallarda faktiki işləyən daşıyıcıların da fəaliyyətinin dayandırılması əhalinin ciddi narazılığına səbəb ola bilər. İnsanlar haqlı olaraq sual edirlər ki, bu marşrut bağlanırsa, alternativ nəqliyyat haradan təmin olunacaq? Qəzalar baş verdikdə fəaliyyətə “qanunsuz sərnişindaşıma” adı verilir, lakin problemin kökündə hüquqi və institusional boşluqlar dayanır. Bu sahədə yalnız qadağalar deyil, eyni zamanda qanuni mexanizmlər də yaradılmalıdır. Təəssüf ki, müsabiqələrə daşıyıcı marağı olmadığından sistem faktiki olaraq iflic vəziyyətində qalır. Mövcud şəraitdə bu vəziyyətlə müəyyən müddət barışmaq məcburiyyəti yaranır. Gözləntimiz odur ki, yaxın 2-3 il ərzində sərnişindaşıma sistemi mərhələli şəkildə tam yenilənsin”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Dekabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri