Azərbaycanda elektroskuterlərlə bağlı dəyişiklik
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələrindən istifadə zamanı təhlükəsizliyin təmin edilməsi üçün dəbilqədən istifadənin məcburi norma kimi müəyyənləşdirilməsi, eləcə də dövlət qeydiyyatı və identifikasiya mexanizmlərinin yaradılması təklif olunur.
Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirilib.
Qeyd olunub ki, Ombudsmanın müstəqil monitorinq fəaliyyəti çərçivəsində elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsi zamanı insanların, xüsusilə uşaqların həyat və sağlamlığına təsir edə biləcək risklər araşdırılıb. Bu sahədə münasibətlərin hüquqi tənzimlənməsi ilə bağlı da təhlil aparılıb.
Təhlilin nəticələrinə əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsinə dair hüquqi tənzimləmənin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, uşaqların müdafiəsi məqsədilə valideyn məsuliyyətinin gücləndirilməsi zəruri hesab edilib.
Bildirilib ki, araşdırma əsasında irəli sürülən təkliflər səlahiyyətli dövlət orqanı tərəfindən məqbul hesab olunub və qurumun normayaratma fəaliyyəti zamanı nəzərə alınacağı bildirilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 20 Noyabr 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















