Icma.az
close
up
RU
Azərbaycanda bu dil sürətlə yayılır Orta məktəblərdə tədris olunacaq?

Azərbaycanda bu dil sürətlə yayılır Orta məktəblərdə tədris olunacaq?

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına səfəri baş tutub. Səfər çərçivəsində hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Azərbaycanla Çin arasında müxtəlif sahələrdə əməkdaşlığı ehtiva edən bir sıra mühüm sənədlər imzalanıb. İki ölkə arasındakı əməkdaşlığa töhfə verəcək addımlardan ən önəmlisi isə Azərbaycan və Çin arasında viza rejiminin ləğv edilməsidir. Təbii ki, bütün bunlar ölkəmizdə Çin dilinə olan marağı artıracaq.

Maraqlıdır, görəsən Çin dili də ingilis və rus dilləri kimi ölkəmizdə işlək dilə çevriləcək?

Mövzuya dair fikirlərini Publika.az-la bölüşən təhsil eksperti Kamran Əsədov bildirdi ki, Çin və Azərbaycan arasında münasibətlərin son illərdə yeni mərhələyə qədəm qoyması, xüsusilə viza rejiminin ləğvi, birgə iqtisadi layihələr və strateji əməkdaşlıq çin dilinin ölkəmizdə öyrənilməsinə marağı artırır:

“Rəsmi statistikaya əsasən, hazırda Azərbaycanda 3000-dən çox şəxs çin dilini öyrənmək üçün müxtəlif kurslara və proqramlara qatılır. Bu göstərici hər il orta hesabla 10-15 faiz artım dinamikası göstərir. Bakı Dövlət Universitetində, Azərbaycan Dillər Universitetində və Xəzər Universitetində çin dili artıq ayrı-ayrı ixtisaslar üzrə tədris olunur. Ümumilikdə, ölkədə təxminən 12 ali və orta ixtisas təhsil müəssisəsində çin dili fakültativ və ya seçmə fənn kimi təklif olunur. Bu, hələlik ölkə miqyasında geniş yayılmadığını göstərir.

“Təhsil haqqında” Qanunun 7-ci maddəsində qeyd olunur ki, təhsil alanlara beynəlxalq əmək bazarında rəqabətə davamlı olmaq üçün xarici dillərin öyrədilməsi əsas prioritetlərdən biridir. Amma hazırda xarici dillərin tədrisi əsasən ingilis və rus dili üzərində qurulub, çin dilinə isə hələlik pilot layihə və ayrı-ayrı təşəbbüslər çərçivəsində yer verilir. Dövlətin bu istiqamətdə konseptual yanaşmaya keçməsi, müvafiq proqramların hazırlanması və məktəblərdə kadr hazırlığının təşkil edilməsi vacib şərtdir”.

Ekspertin sözlərinə görə, Çin dilinin dövlət səviyyəsində ikinci və ya üçüncü xarici dil kimi məktəb proqramlarına daxil edilməsi bu istiqamətdə əsaslı irəliləyiş ola bilər:

“Lakin bunun üçün ən böyük çətinlik peşəkar Çin dili müəllimlərinin çatışmazlığı və dərsliklərin məhdudluğudur. Çin səfirliyi və Konfutsi İnstitutunun dəstəyi ilə bəzi məktəblərdə artıq Çin dili kabinetləri yaradılıb. Ancaq bu, ölkə miqyasında sistemli şəkildə genişlənməyib. Çin dili kurslarına tələb əsasən Bakı və iri şəhərlərdə müşahidə olunur. Xüsusilə, beynəlxalq şirkətlərdə, turizm və logistika sektorunda işləmək istəyən gənclər üçün bu dil artıq rəqabət üstünlüyü hesab olunur. Lakin regionlarda belə kursların əlçatanlığı və tədris keyfiyyəti ilə bağlı problemlər davam edir. Kurs qiymətlərinin yüksək olması və peşəkar müəllim çatışmazlığı bu sahədə inkişafın qarşısını qismən alır.

Dövlət proqramı çərçivəsində yeni müəllimlərin Çində hazırlanması, distant təhsil imkanlarının artırılması və çin dili üzrə elektron resursların genişləndirilməsi vacibdir. Dünya təcrübəsində, məsələn, Sinqapur, Malayziya, Avstraliya və Almaniyada çin dili artıq orta məktəblərdə ikinci və üçüncü xarici dil kimi geniş şəkildə tədris olunur, Çində təhsil almaq üçün proqramlar, təqaüdlər və birgə layihələr mövcuddur. Məhz bu ölkələrdə əmək bazarının tələbləri ilə təhsil siyasəti arasında əlaqə aydın hiss olunur”.

K.Əsədov son olaraq qeyd etdi ki, Çin ilə iqtisadi, texnoloji, turizm və humanitar əməkdaşlığın dərinləşməsi Azərbaycanda Çin dilini bilməyin vacibliyini artırır:

“Artıq Çindən Azərbaycana gələn turistlərin sayı il ərzində 30 min nəfəri keçib və artan ticarət dövriyyəsi, ortaq biznes layihələri, təhsil mübadilələri fonunda çin dilini bilən kadrlara ehtiyac yaranır. Diplomatik münasibətlərin intensivləşməsi də bu dili bilən mütəxəssislərin perspektivini artırır. Bütün bu amillər onu göstərir ki, çin dilinin tədrisi, müəllim hazırlığı və müasir metodik baza təmin olunarsa, bu dil Azərbaycanın təhsil sistemində rus və ingilis dili kimi geniş yayılmış xarici dillərdən birinə çevrilə bilər.

Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallının sözlərinə görə, ADU-da uzun illərdir Konfutsi İnstitutu böyük uğurla fəaliyyət göstərir:

"Çin dilinin təbliğində, tədrisin müasir təlim metodları əsasında keçirilməsində, Çin dili üzrə milli dərsliklərin hazırlanmasında Konfutsi İnstitutunun mühüm rolu var. ADU-nun Konfutsi İnstitutu Azərbaycanda Çin mədəniyyətinin ölkəmizdə təbliği sahəsində əlindən gələni əsirgəmir. Konfutsi İnstitutu təkcə Çin dilini deyil, həmçinin Çin mədəniyyətini yüksək səviyyədə təbliğ edir.

Buna nümunə olaraq təşkil olunmuş “Çinin ənənəvi musiqisi” adlı onlayn layihəni, “Duan-u” bayramına həsr olunmuş poetik onlayn seminarı, “Çin dili körpüsü” beynəlxalq müsabiqəsini, “Çin yelpiyinin incəsənəti” adlı onlayn tədbiri, “Arşın mal alan” operettasının “Çin tarixi” adlı onlayn seminarı, “İki doqquzluq bayramı”na həsr olunmuş “Balaca vətənpərvərlər – Azərbaycanın böyük qurucuları” adlı onlayn tədbiri, “Qarabağ xalçaçılıq məktəbinin inkişafına Çin mədəni təsiri” adlı onlayn tələbə elmi seminarı, “Azərbaycan rəssamlarının yaradıcılığında Çin” mövzusunda onlayn seminarı, Çinin ənənəvi Dunçji (Qışın zirvəsi) bayramına həsr olunmuş onlayn tədbiri və s. nümunə göstərmək olar.

Bununla yanaşı, Konfutsi İnstitutu Çin dili kurslarının dinləyicilərini Çinə birillik təhsil almağa göndərir, məktəblilər və tələbələr üçün “Çin dili körpüsü” kursları təşkil edir. ADU-da bir neçə dəfə Çinin ölkəmizdəki səfirləri və diplomatları ilə görüşlər keçirilib. Eyni zamanda Çin Xalq Respublikasının Xudzou Dövlət Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz iki ölkə arasındakı əlaqələrə mühüm töhfə verir”.

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun sözlərinə görə, iki ölkə arasında dostluq və əməkdaşlığın daha da dərinləşməsi, həmçinin müxtəlif sahələrdə əlaqələrin yaxınlaşması bir çox azərbaycanlı gəncin öyrənilən əsas xarici dil kimi məhz Çin dilini seçməsi ilə nəticələnib:

“Hazırda dünyada Çin dilinə maraq göstərənlərin sayı artır. Son illərdə iqtisadi sahədə əldə etdiyi uğurlar səbəbindən Çin dili dünyada ən çox yayılan dillər siyahısında qərarlaşıb.

Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutu çərçivəsində distant Çin dili kursları 2019-cu ildən etibarən fəaliyyətə başlayıb. Bu günə qədər 500-dən çox tələbə bu kurslarda iştirak edib. Əgər 5 il əvvəl kurslara qoşulan tələbələr bu kurslara bir hobbi kimi baxırdısa, bu gün artıq akademik biliklər və karyeralarında inkişaf üçün bu dərsləri hədəf kimi görən tələbələrin sayı artmaqdadır.

Hazırda dərs proqramı digər illərlə müqayisədə daha da optimallaşdırılıb. ADU-nun Konfutsi İnstitutunun bazasında Çin dilinin tədrisinin genişləndirilməsinə yeni təkan verən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul edilib. Bu sənəddə dil mübadiləsi sahəsində əməkdaşlığın inkişafı ilə yanaşı, iki ölkənin təhsil müəssisələrində Çin və Azərbaycan dillərinin tədrisi təşviq edilir.

Gələcəkdə daha çox azərbaycanlı tələbələr Çin mədəniyyətini dərindən öyrənəcək, Çinə səfər edəcək və orada oxuyub işləyəcəklər. Onlar iki ölkə arasında dostluq səfiri və əməkdaşlıq “körpü”sünə çevriləcəklər, eləcə də Çin-Azərbaycan ortaq gələcəyi olan icmanın qurulmasına töhfə verəcəklər”.

Roza Şəfiyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Aprel 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see315

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see266

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see225

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see222

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see219

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see217

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see212

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see196

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see178

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri