MOK rəsmisi: “Azərbaycanda Olimpiya hərəkatının ən böyük bayramlarından biridir”
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda olimpiya hərəkatının ən böyük bayramlarından biridir.
İdman.Biz “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə “Bakı-2015 - Süni İntellekt və İdmanda İnnovasiya” müsabiqəsinin təqdimat mərasimində deyib.
O, 2015-ci ildə baş tutmuş Avropa Oyunları ilə bağlı keçirilən tədbirdə fikirlərini bölüşüb:
“Həmin günlər yadıma düşür. Bu yarış Azərbaycanın tarixində böyük iz buraxıb. Elə şərait yaranmışdı ki, oyunlar ya 2015, ya da 2017-ci ildə baş tutmalı idi. Azərbaycan turniri keçirməyi öz üzərinə götürdü. Bir çox Avropa ölkələri yarışın təşkilinin əleyhinə idilər. Çox mübarizə apardıq. Sonra bu oyunlara qarşı olan insanlar susmalı oldular. Prezident İlham Əliyevin bizə çox böyük dəstəyi oldu. Azərbaycan özünün siyasi, iqtisadi və idman gücünü göstərdi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 28 Oktyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















