Icma.az
close
up
RU
Azərbaycanda bu mənzillərin qiyməti ucuzlaşıb Ekspertdən açıqlama

Azərbaycanda bu mənzillərin qiyməti ucuzlaşıb Ekspertdən açıqlama

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Hazırki mövsümlə əlaqədar mənzil bazarı üçün passiv dövrün başladığını demək olar. Bu, uzun illərdir bazar üçün xarakterik olan xüsusiyyətdir. Azərbaycan bazarındakı tendensiyalar bilavasitə tələb və təkliflə bağlı olmasa da, burada inzibati, xarici, psixoloji və s. təsirlərin olduğunu görürük”.

Bunu “Unikal”a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, bu iqtisadi tendensiyaların da mənzil bazarına müəyyən təsiri var:

“Mövsümlə əlaqəli olaraq bəzi dəyişikliklər müşahidə olunur. Həmin dəyişiklikləri cari ildə də görürük. Bazarın ümumi vəziyyətini mövcud situasiyada passiv qiymətləndirmək olar. Bazar stabildir, qiymət azalmır. Buna baxmayaraq, müraciətlərin və əməliyyatların sayında azalmalar var. Bütün bunlar isə tələbin azalması deməkdir.

Tələb aşağı olduğu halda əslində qiymətlər ucuzlaşmalıdır. Təəssüflər olsun ki, bizim mənzil bazarında bu belə deyil. Tələb aşağı düşdüyü zaman qiymətlər ucuzlaşmır. Biz bunu müxtəlif vaxtlarda müşahidə etmişik. Səbəblər isə psixoloji faktorlarla yanaşı, bazardakı ümumi iqtisadi vəziyyətin bilavasitə ilkin mənzil bazarından formalaşması faktorudur. İlkin mənzil bazarında qiymət dəyişmədikcə biz ümumilikdə mənzil bazarında ucuzlaşma müşahidə etmirik", - deyə o qeyd edib.

Ekspert vurğulayıb ki, aşağı seqment üzrə, yəni qiyməti təqribən 250 min manata qədər olan mənzillərin qiymətinə nisbi artımlar var:

"Hazırda həmin mənzillərə az da olsa tələb mövcuddur. İpoteka kreditləri hesabına ucuz mənzillərə müraciətlər edilir. Orta və yuxarı seqmentdə isə bazarın vəziyyəti sabitdir. Hətta qiyməti 500 min manatdan yuxarı olan mənzillərin qiymətində qiymətlərin azalmasını müşahidə edirik. 

Bundan başqa, fərdi yaşayış evlərində, torpaq sahələrində yay mövsümü olmasına baxmayaraq, qiymət artımları davam edir. Burada əsas səbəblərdən biri yay mövsümündə həmin seqment üzrə gəlirlilik səviyyəsinin artmasıdır. Çünki kirayə bağ evlərinə tələb ciddi şəkildə artır və qiymətlər yüksəlir.

Xüsusilə, pandemiyadan sonra Bakı və Abşeronda kirayə bağ evlərinin qiyməti ilə bağlı əhəmiyyətli dəyişiklik müşahidə etdik. Doğrudur, 2020-2021-ci illərdə olduğu səviyyədə müraciətlər edilməsə də, tələb yenə də yüksəkdir. Orta-statistik, yəni, 2 mərtəbədən və 5-6 otaqdan ibarət olan bağ evlərinin günlük kirayə qiymətləri minimum 200 manatdan başlayır. Bir az fərqli bağ evlərində qiymətlər daha da yuxarıdır. Bunu təbii proses adlandırmaq olar".

Murad İbrahimli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://unikal.az
archiveBu xəbər 02 İyun 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri