Azərbaycanda Təhsil Məcəlləsinə ehtiyac var? Ekspertdən açıqlama
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycanda ayrıca Təhsil Məcəlləsinin hazırlanmasını təklif edib. Deputat bununla yanaşı, “Təhsil haqqında” qanuna yenidən baxılmasını, ali və distant təhsil haqqında qanunların hazırlanmasını zəruri sayıb.
Deputatın sözlərinə görə, dünyada baş verən proseslər təhsil islahatlarının sürətləndirilməsini və qanunvericilik bazasının gücləndirilməsini zəruri edir.
Təhsil eksperti Elmin Nuri Qaynarinfo-ya açıqlamasında deputatın Təhsil Məcəlləsinin hazırlanması ilə bağlı təklifini müsbət qiymətləndirib. O bildirib ki, Azərbaycanda belə bir məcəllənin qəbuluna ciddi ehtiyac var:
“Azərbaycanda Təhsil Məcəlləsinin qəbuluna ciddi ehtiyac var. Tam etiraf edirəm, şəxsən mənim son vaxtlarda belə bəyəndiyim bir təklif olmamışdı”.

Ekspert bildirib ki, təhsil sahəsində illərdir bir sıra hüquqi və praktiki məsələlərin tənzimlənməsinə ehtiyac qalır. Onun sözlərinə görə, xüsusilə şagirdlərin etik davranış qaydaları, müəllim, valideyn və şagird hüquqları ilə bağlı məsələlərdə vahid hüquqi çərçivənin olması vacibdir:
“İllərdir ki, biz şagirdlərin etik davranış qaydaları kodekslərini bütün məktəblərdə tətbiq edə bilmirik. İllərdir ki, hüquqi aspektlərdən müəllimin hüququ, valideyn hüququ, şagird hüququ ilə bağlı həm nəzəri, həm də praktiki maarifləndirməyə ehtiyac olduğunu görürük”.
Elmin Nurinin fikrincə, Təhsil Məcəlləsinin hazırlanması təhsil prosesinin əsas iştirakçıları arasında hüquq və öhdəliklərin daha aydın müəyyənləşdirilməsinə imkan verə bilər:
“Belə olan təqdirdə Təhsil Məcəlləsinin varlığı çox vacibdir. Şagird, müəllim, valideyn – təhsili təşkil edən tərəflərlə bağlı müəyyən məsələlər, həmçinin təhsilin idarə edilməsi ilə bağlı detallar olduğu təqdirdə, o, məktəblərin hüquq sütunu rolunu oynaya bilər”.
Elmin Nuri hesab edir ki, Təhsil Məcəlləsinin hazırlanması ilə yanaşı, təhsil hüququ üzrə ixtisaslaşmış hüquqşünasların yetişdirilməsinə də ehtiyac var:
“Hazırda hüquq fakültələrində ümumi hüquqşünaslıq təhsili var, amma magistratura səviyyəsində məhz “təhsil hüququ” üzrə ayrıca ixtisaslaşmaya ehtiyac var. Çünki təhsil sahəsində yaranan hüquqi məsələlərlə məşğul olacaq hüquqşünaslara ehtiyac artır. Təhsil Məcəlləsinin hazırlanması da bu sahədə ixtisaslaşmış hüquqşünaslar üçün vacib olacaq”.
Günay İlqarqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 30 Sentyabr 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















