Icma.az
close
up
RU
Yanacağın da qiyməti artırılacaq Ekspertdən açıqlama KONKRET

Yanacağın da qiyməti artırılacaq Ekspertdən açıqlama KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

2024-cü il baş verən münaqişələr səbəbindən dünya iqtisadiyyatında müəyyən geriləmələr müşahidə olundu. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərq böhranı dünya iqtisadiyyatına milyardlarla dollar ziyan vurdu. Əsas ticarət marşurutlarında baş verən münaqişələr malların kəskin bahalaşmasına gətirib çıxartdı. Qırmızı dənizdə husilərin terror aktları, Aralıq dənizndə yaranan problemlər, Rusiyaya qoyulan sanksiyalar qlobal iqtisadiyyatı çətin vəziyyətə salıb.  Üstəlik, ABŞ-nin Çin mallarına qoyduğu rüsum da beynəlxalq bazarda ciddi çətinliklər yaradıb.

Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli KONKRET.az-a açıqlamasında bildirib ki, dünyada kataklizmlərin davam etməsi qlobal iqtisadiyyatı çətin duruma salıb:

“Dünyada baş verən geosiyasi böhran sonradan iqtisadi böhrana çevrilməyə bilməz. Amma bu böhranın hansı səviyyədə olması hələlik müəyyən deyil. Bu məsələdə nikbinliyi təmin edən amil Trampın prezident seçilməsidir. Tramp artıq yanvarın 20-dən öz səlahiyyətlərinin icrasına başlayacaq. Tramp əgər verdiyi vədləri yerinə yetirərsə dünyada müəyyən qədər sabitlik yaranacaq, böhran bir qədər səngiyəcək. Amma bu da dəqiq proqnoz deyil. Neftin qiymətində hələki sabitləşmə müşahidə olunur. Ola bilər ki, qarşıdakı aylarda neftin qiymətində ucuzlaşma  müşahidə olunsun. Bu da müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər. Ümumiyyətlə bu ilin ötən ilkinə nisbətən daha kəskin problemlərlə müşahidə edilmək ehtimalı var. Çünki ötən il dünyada bəzi iqtisadi problemlərə səbəb olan məsələlər hələ aradan qalxmayıb. Azərbaycana gəldikdə, ölkəmizdə iqtisadiyyatı daha çox boğan vergi yüküdür. Çox təəssüflər ki, ötən il vergi yükünün azaldılmasına baxılmadı. Kiçik sahibkarların vergi yükü götürülmədi və bu da, ölkədə iqtisadi aktivliyin bir qədər zəifləyəcəyinə səbəb ola bilər. Ümumiyyətlə il sürprizlərlə zəngin olacaq. Böyük ehtimalla bu il  yanacağın qiyməti də artırılacaq.  Bu da, sərnişin daşımalarında qiymətlər artımına səbəb ola bilər”.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Yanvar 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri