Icma.az
close
up
RU
Azərbaycanda bu sahə bərbad durumda: Nə yol xəritəsi var, nə də standartlar

Azərbaycanda bu sahə bərbad durumda: Nə yol xəritəsi var, nə də standartlar

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qış turizm mövsümünə artıq start verilib. Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına həsr olunmuş mətbuat konfransında bildirib ki, ölkənin qış turizm imkanlarının genişləndirilməsi, beynəlxalq turistlərin cəlb olunması və daxili turizmin inkişafı məqsədilə yeni layihələr həyata keçirilir.

Qış turizmi dünyada geniş yayılan və kifayət qədər gəlirli olan sahələrdən biridir. Ümumdünya Turizm Təşkilatının məlumatına görə, xüsusilə dekabr-fevral aylarında qış səyahətlərinə tələb ilin qalan dövrü ilə müqayisədə 50 faizdən çoxdur. Bu, qış turizmi ilə məşhur olan ölkələrin maliyyə gəlirlərinin 20-30 faiz artmasına səbəb olur. Bu dövrdə müəyyən bir cəmiyyətin adət-ənənələrini, rituallarını və irsini əks etdirən bir çox festivallar təşkil edilir, bu festivallara xüsusi təşviqat kampaniyaları ilə turistlər cəlb edilir. Yəni, qış festivalları payızdan qışa keçid üçün əla fürsət hesab olunur.

Azərbaycanda da qış turizm mövsümünün açılışına həsr olunan konfransda ölkəmizin bu sahədə imkanları ilə bağlı xüsusi təşviqat işlərinin aparıldığı vurğulansa da, son illər qış turizmi ilə bağlı xəbərlərə az rast gəlirik.

Qış turizmi yay turizmi kimi təntənəli deyil

Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi “Kaspi” qəzetinə açıqlamasında təsdiqləyir ki, ölkəmizdə qış turizm mövsümü yay turizm mövsümü kimi təntənəli deyil: “Əslində, biz nəinki qış və yay, payız və yaz mövsümlərində də təntənəli açılış mərasimləri təşkil etməli, bu dövrdə ölkəyə üz tutan turistləri fərqləndirərək kampaniyalar həyata keçirməliyik. Məsələn, ölkəyə gələn iki yüz mininci turisti təqdim etməli, ölkədəki turizm imkanlarını beynəlxalq turizm bazarlarına intensiv şəkildə təqdim etməliyik”.

Turizm sektoru mövsümdən asılı olmamalıdır

Mütəxəssis bildirir ki, turizm sektoru mövsümdən asılı olmamalıdır: “Uzun illərdir biz bu sektorun mövsümdən asılılığını azaltmaq istiqamətində müzakirələr aparırıq. Lakin hələ də bu problem mövcuddur. Turizm sənayesi müxtəlif mövsümi xarakter daşıyan təsirlərə məruz qalır və stabillik pozulur. Hotellərin, turizm agentliklərinin, bələdçilərin, nəqliyyat sektorunun, ümumiyyətlə bu sahənin işində ləngimə gedir. Turizm sektoru ancaq qış və ya yay mövsümündə deyil, ilin bütün fəsillərində aktiv olmalıdır. Bunun üçün də müxtəlif turizm növlərini, mövsümlərə aid olan turizm fəaliyyətlərini inkişaf etdirməliyik”.

“Qış turizmi deyərkən ağlımıza xizək turizmi gəlir”

Turizm mütəxəssisi vurğulayır ki, biz əgər hansısa sənayenin, sektorun inkişafını düşünürüksə, həm iqtisadi fəaliyyət sahəsində koordinasiya işləri düzgün görülməli, həm də bu sahədə çalışan bizneslər üçün daha əlverişli şərait yaradılmalıdır: “Məsələn, qış turizm fəaliyyətlərinin inkişafı, yenilikləri, bu sahəyə diqqətin artırılmasını istəyiriksə, bu sahədə hansısa tənzimləyici sənədlər işlənib hazırlanmalıdır. Əfsuslar olsun ki, qış turizmi haqqında nə hansısa bir yol xəritəmiz var, nə də standartlarımız. Qış turizmi deyərkən ağlımıza xizək turizmi gəlir. Amma bu turizmin fəaliyyət sahələri müxtəlifdir. Burada ən sadəsi meşədə xizək gəzintisi, yaxud qar zamanı piyada gəzintiləri, hansısa vəhşi heyvanların qar üzərində ləpirlərini izləmək, meşədə giləmeyvələri yığmaq imkanlarıdır. 10 milli parkımız var. Hər bir milli parkın əsasnaməsində ekoturizm fəaliyyətlərinin inkişafı qeyd olunub. Amma analiz etdikdə görürük ki, vəziyyət ürəkaçan deyil. Milli parkların ərazisində turizm fəaliyyətləri az təklif olunur. Milli parkların nüfuzu, fəaliyyəti, onların təklif etdikləri xidmətlər bu gün öndə deyil və onlar turizm sənayesinin sonuncu reytinqində yer tuturlar”.

Rəqabət artsa, qiymətlər tənzimlənəcək

Qiymətlərin baha olmasına gəldikdə, mütəxəssis vurğulayır ki, xizək turizmi dünyada bahalı turizm növüdür: “Digər ölkələrdə xizək turizminə diqqət etsək, Azərbaycanda qiymətlərin aşağı olduğunu görərik. Amma ümumilikdə turizm fəaliyyətləri hamı üçün əlçatan olmalıdır. Çalışmalıyıq ki, hər bir vətəndaş bundan istifadə edə bilsin. Bunun üçün büdcəli yerləşmə vasitələri inşa olunmalı, alternativ xidmətlər təklif edilməlidir. Rəqabət artsa, qiymətlər tənzimlənəcək”.

Şahdağda beynəlxalq tədbirlər keçiriləcək

“Azərbaycan Turizm Peşəkarları Təşkilatı”nın sədri Ceyhun Aşurov deyir ki, gələcəkdə Şahdağda qış turizmi ilə bağlı beynəlxalq yarışların keçirilməsi planlaşdırılır: “Qəbələdə, Qusarda “Şahdağ”, “Tufandağ”, Naxçıvanda Ağbulaqda qış turizmi məkanları fəaliyyət göstərir, müasir standartlara cavab verir. Bundan başqa, kanatlar, sürüşmə əraziləri mövcuddur. Digər regionlarda da təbiəti, qış fəslini görmək istəyənlər üçün müxtəlif imkanlar mövcuddur. Həmçinin ölkədə qış turizmini məşhurlaşdırmaq üçün müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub”.

Cəlbedici təkliflər olmalıdır

Mütəxəssis bildirir ki, qış turizmi ilə bağlı problemlərdən biri odur ki, gecələmək üçün yerlərin sayı azdır: “Bunların sayı ildən-ilə artırılmalıdır. Hazırda regionlarda müxtəlif layihələr həyata keçirilir. Ümumiyyətlə, turistlərin rahat səyahət etmələri üçün şərait yaradılmalı, cəlbedici təkliflər olmalıdır. Azərbaycan unikal coğrafiyada yerləşir. Hansı ki, bizdə ilin dörd fəsli yaşanır. Xüsusilə, körfəz ölkələrindən gələn turistlər yayı, yazı, qışı, payızı burada yaşaya bilirlər və bunda maraqlıdırlar. Festivallar, müxtəlif yarışmalar keçirərək, qış əyləncəsi ilə əlaqəli müxtəlif fəaliyyət növlərini artırmaqla ölkənin qış turizm imkanlarını daha da məşhurlaşdırmaq olar”.("Kaspi" qəzeti)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://publika.az
archiveBu xəbər 21 Dekabr 2024 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri