Icma.az
close
up
RU
Azərbaycanda nə maliyyə məsləhətçisi var: Nə də ona ehtiyac

Azərbaycanda nə maliyyə məsləhətçisi var: Nə də ona ehtiyac

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Dünyanın inkişaf etmiş ölkələrində maliyyə məsləhətçiləri fiziki şəxslərə və bizneslərə əllərindəki vəsait ilə bağlı əsaslandırılmış qərarlar qəbul etməyə kömək edirlər.

Onlar həmçinin, investisiyalar, vergilər, sığorta, əmlak və pensiya planlaması da daxil olmaqla insanlara müxtəlif və geniş perspektivli məsləhətlər verirlər. Lakin ölkəmizdə vətəndaşlar demək olar ki, maliyyə məsləhətçilərinə müraciət etmirlər.

Bunun səbəbi nədir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, dar çərçivədə əhalinin çox cüzi hissəsi bu xidmətlərdən istifadə edir. Onun sözlərinə görə, Azərbaycanda təəssüf ki, belə bir sistem hələ oturuşmayıb:

“Azərbaycanda iş adamları və ya qiymətli kağızlar bazarında çalışanlar məsləhət xidmətlərindən istifadə edirlər. Onlar maliyyə məsləhətçiləri ilə müəyyən bazar araşdırması və perspektivlər barədə fikirləri müzakirə edirlər. Ölkəmizdə bu sahə geniş yayılmayıb. Amma Avropada, Amerikada hər bir ailənin özünün həm vəkili, həm həkimi, həm də vergi və maliyyə məsləhətçisi var”. 

Ekspert deyib ki, Azərbaycanda bu sistemin inkişaf etməməsinə səbəb ölkəmizdə investorın çox az olmasıdır:

“Bundan başqa, bizdə gəlirlər çox az olduğu üçün insanlar maliyyə məsləhətçisinə ehtiyac duymurlar”. 

İqtisadçı səbəblərdən də danışıb:

“Bunun geniş yayılmamasının səbəbi həm varlı insanların sayının az olması, həm də maliyyə bazarı, birja və qiymətli kağızlar bazarının olmamasıdır. Onlar da ödənişli şəkildə məsləhət xidmətlərindən istifadə edirlər. Maliyyə məsləhətçilərinə əsasən qiymətli kağızlar bazarında yatırım edənlər müraciət edir. Onların da sayı çox deyil. Maliyyə məsləhətçilərinin ölkə iqtisadiyyatında və cəmiyyətdə çəkiləri çox azdır”. 

Natiq Cəfərli vurğulayıb ki, Azərbaycanda yatırım üçün 2 istiqamət var:

“Biri qızıl, digəri daşınmaz əmlak. Yəni, əlinə pul keçən insan ya qızıl, ya da torpaq sahəsi, ya da ev alır. Ölkəmizdə biznes alətləri yoxdur. Ən azından səhm bazarı olsayd,ı səhm alardılar. Bizdə belə imkanlar olmadığı və ya məhdud olduğu üçün vətəndaşlar müraciət etmirlər”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Dekabr 2024 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri