Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Azərbaycanda turizm sektorunda yeni standartlar nə vəd edir?

Azərbaycanda turizm sektorunda yeni standartlar nə vəd edir?

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hazırda halal turizm qlobal turizm sənayesində ən sürətlə böyüyən və iqtisadi cəhətdən ən təsirli seqmentlərdən biri hesab olunur. Getdikcə daha çox ölkə müsəlman müştərilərə yönəlmiş turizm məhsulları hazırlayır.
Nəticədə, turizm sənayesi yüksəkkeyfiyyətli halal tətillər üçün imkanlar yaradan innovasiya bumunu yaşayır.
Ölkəmizdə qəbul edilən "Halal turizm xidmətləri. Ümumi tələblər" dövlət standartı da halal turizmin inkişafına hesablanıb. Yeni standart yerləşmə vasitələri, tur paketləri, turist bələdçiləri və halal turizmə dair digər turizm xidmətlərini əhatə edərək, səyahətçilər üçün nəzərdə tutulmuş halal turizm obyektlərində təqdim olunan məhsul və xidmətlərin idarə olunmasına dair əsas prinsipləri və tələbləri müəyyən edir.
Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
 

Nəzərə almaq lazımdır ki, halal turizm üzrə sənayenin əhatə dairəsi çox genişdir. Xüsusi halal turizm konfransının təşkilatçıları bildiriblər ki, 2025-ci ildə müsəlman səyahətçilərin xərcləri 200 milyard dollara çatıb və onilliyin sonu üçün proqnozlar ümumi qlobal turizm sənayesini üstələyən davamlı artım vəd edir.


Müsəlmanların Qlobal Səyahət İndeksinin (GMTİ) məlumatlarına görə, son illər müsəlmanlar ən çox Fransaya səyahət paketlərini seçirlər. İtaliya və İngiltərə ikinci-üçüncü yerləri bölüşürlər. Almaniya və Türkiyə isə dördüncü və beşincidir.
"Qəbul edilən standartlar vacibdir"
Turizmçi Aytac Nəzirli hesab edir ki, qəbul edilən standartlar vacibdir: "Biz Cənub-Şərqi Asiya ölkələri, Körfəz ölkələri ilə müqavilələr bağlaya bilərik. Standartlara uyğunluq yaransa, bu, həmin ölkələr üçün əlverişli ola bilər.
Unutmayaq ki, bu bazar dünya turizmində ən sürətlə böyüyən seqmentlərdəndir və böyük iqtisadi potensiala malikdir. Bizim ölkədə də onları cəlb etmək üçün şərait var.
Ancaq hazırkı vəziyyətdə yalnız standartın qəbul edilməsi ilə nəticəyə nail olmaq mümkün deyil. Halal turizmin inkişafı kompleks yanaşma tələb edir. Bunun üçün ilk növbədə uyğun infrastrukturun yaradılması, serifikatlaşdırma, kadrların düzgün hazırlanması, effektiv marketinq strategiyası həyata keçirilməlidir.
Bunlar kompleks şəkildə olarsa, standartlara tam hazır ola bilərik. Əgər standartlara tam cavab versək, ərəbdilli ölkələrin vətəndaşlarının ölkəmizə axını qaçılmazdır.
Biz dünyəvi ölkə olaraq turizmi inkişaf etdirmək üçün bir neçə bazara girməliyik. Məsələn, əvvəllər Hindistan və s. ölkələrdən gələnlərə üstünlük verirdiksə, indi daha çox Körfəz ölkələrinə də yol açmalıyıq.
Buna görə halal turizm üzrə standartların qəbul olunması müsəlman ölkələrinin vətəndaşlarını cəlb etmək, onların etnik, dini dəyərlərinə uyğun səyahət etmələrini təmin etmək baxımından vacibdir".
"Restoranlarda qiymətlər də tənzimlənməlidir"
A.Nəzirli hesab edir ki, bu çərçivədə turizm obyektləri qarşısında müəyyən tələblər qoyulmalıdır:
"Məsələn, hotel və restoranlarda serifikatlaşdırma olmalıdır. Hətta bələdçilər belə bu standartlara uyğun şəkildə təlimlənməlidirlər. Turistlərin ən çox soruşduğu "halal qidadırmı?" sualı həllini tapmalı, ibadət yerləri çox olmalıdır. Hər hansı obyektə gedəndə qonaqların rahatlıqla ibadət etməsi üçün şərait yaradılmalıdır.
Düzdür, bizdə bəzi yerlərdə belə guşələr var, amma hər yerdə rast gəlinmir. Bu tələblərin olması standartları həyata keçirməyə şərait yaradar".
Turizmçi bildirir ki, halal turizm obyektlərində ailə mühitinin qorunması da zəruridir:
"Bir restorana gediriksə, sırf kişilərin oturduğu yerdə ərəb ölkələrindən gələn turistlər ailə üzvləri ilə otura bilməzlər. Bunun üçün ailə kabinetləri və ya ailə zalları olmalıdır.
Bizdə bir-iki restoran var ki, iki zaldan ibarətdir. Həmin zalların birində ailəvi qəbul edirlər və yeməkləri də halaldır. Bu baxımdan, standartlar Körfəz ölkələrinin prinsiplərinə uyğun şəkildə qurulmalıdır".
Turizmçi qeyd edir ki, söhbət halallıqdan gedirsə, bu şərtlər bələdçiyə də, sürücüyə də aid edilməlidir, restoranlarda qiymətlər də tənzimlənməlidir:
"Standart qiymətin olması halal turizmin başlanğıc amilidir.
Bizim üstünlüyümüz əhalimizin müsəlman olması və məscidlərimizin çoxluğudur. Bir sözlə, potensialımız var, sadəcə, bu standartlara əməl etmək lazımdır".
"Bu yöndə çalışmaq bizə böyük üstünlük verəcək"
Turizmçi Əziz Şiriyev bildirir ki, halal turizm standartlarının tətbiq edilməsində məqsəd halal xidmətlərin effektiv idarə olunması bacarığının gücləndirilməsi, İslam qaydalarına uyğun məhsul və xidmətlərin təqdim edilməsidir.
Həmçinin müştəri tələblərinin qarşılanması və bununla da müştəri məmnuniyyətinin artırılmasıdır:
"Turistlərin ölkəmizə cəlbi istiqamətində halal turizm konsepti çox önəmli faktordur. Ölkəmizə turistlərin cəlb olunması üçün biz bütün müştəri seqmentlərini nəzərə almalıyıq. Elə insanlar var ki, halal turizm konseptini seçirlər. O konsept hansı ölkədə varsa, həmin ölkəyə səyahət edirlər. Bizim ölkədə bir neçə hotel bu istiqamətdə çalışır. Amma ümumi ölkə olaraq bu yöndə çalışmaq bizə böyük üstünlük verəcək".
Qiymət standartları olsa…
Turizmçi Vasif Yadigarovun sözlərinə görə, hazırda mövcud vəziyyətlə əlaqədar gəlmə turizmi çox zəifləyib:
"Amma vəziyyət düzələndən sonra hesab edirəm ki, qəbul edilən standartlar İslam ölkələrindən gələn müsəlman turistlərin gəlişini artırar. İlk növbədə qiymət standartları olsa, bu, qonaq artımına gətirib çıxarar. Çünki xarici qonaqlar qiymətlərə çox fikir verirlər və həmişə dünya standartları ilə müqayisə edirlər".
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Aprel 2026 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri