Icma.az
close
up
RU
Azərbaycanda ciddi piyada infrastrukturu problemi var: HƏLL YOLLARI

Azərbaycanda ciddi piyada infrastrukturu problemi var: HƏLL YOLLARI

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Bəzən sürücülər piyada keçidinə belə məhəl qoymurlar. Elə piyada keçidində azmı olub piyadaların vurulması? Məhz buna görə də bəzi ölkələr, o cümlədən Cənubi Koreya, piyadaların təhlükəsizliyini artırmaq üçün yerə quraşdırılmış svetofor sistemlərini tətbiq etməyə başlayıb.

Bəs bu sistem nə vaxtsa Azərbaycanda da tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, ümumilikdə Bakıda və Azərbaycanın digər şəhərlərində ciddi piyada infrastrukturu problemi var:

"Tıxac problemi və küçələri sakitləşdirən infrastruktur elementlərində ciddi çatışmazlıq var. Ən qısa küçəmiz 300 metr, ən uzun prospektimiz isə 10 kilometrdir. Dayanıqlı, davamlı, kəsintisiz olan səkilərimiz demək olar ki, yox dərəcəsindədir".

Onun sözlərinə görə, Cənubi Koreyada quraşdırılan bu sistemlər piyadaların diqqətini daha asan cəlb etmək və qəzalardan qorumaq məqsədi daşıyır. Təəssüf ki, hazırda bizdə belə müasir texnoloji həllərin tətbiqi üçün yetərincə şərait formalaşmayıb. Üstəlik, mövcud səkilərin standartlara uyğun salınmaması bu cür innovativ layihələrin reallaşdırılmasını daha da çətinləşdirir.

Ekspertə görə, səkilərimizdə elə problemlər var ki, onları 24 saat ərzində həll etmək olar:

"Köşklər, reklam dirəkləri, işıq dirəkləri və digər obyektlər səkinin düz ortasında yerləşdirilibsə, bunların aradan qaldırılması uzun zaman tələb etmir".

Rauf Ağamirzəyev: Səkilərimizdə elə problemlər var ki, onları 24 saat ərzində həll etmək olar

O bildirib ki, piyadaların hərəkəti üçün heç bir fiziki maneə olmamalıdır. Müəyyən tikililər var ki, onlar da piyada hərəkətini məhdudlaşdırır:

"Küçənin bir tərəfindən digər tərəfinə keçmək üçün qısa keçidlər olmalıdır. 350-400 metrdən bir svetoforla nizamlanan, eyni səviyyəli keçidlər təşkil edilməlidir. Əgər keçidlər iki və ya daha artıq hərəkət zolağı olan küçədədirsə, təhlükəsizlik adacıqları və kontrast işıqlandırma ilə təchiz olunmalıdır ki, sürücülər qarşıdan gələn piyadanı uzaq məsafədən görə bilsinlər".

Onun sözlərinə görə, dünyanın hər yerində qəza halları baş verir. Lakin qəzanın nəticələrinə təsir edən həll yolları mövcuddur və bu sahədə tədbirlər görülməlidir.

Qeyd edək ki, bu istiqamətdə Azərbaycanda da mühüm addımlar atılmağa başlanıb. Belə ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli 456 nömrəli Sərəncamına əsasən (Tədbirlər Planının 8.1.6.7-ci bəndinə uyğun olaraq), Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə küçə və prospektlər üzrə səkilərin mövcud vəziyyətinin araşdırılması, normativ sənədlərin tələblərinə uyğun yeni səkilərin (panduslarla birlikdə) inşası, o cümlədən mövcud səki hissələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Bu qərar, gələcəkdə Bakı şəhərində piyadaların daha təhlükəsiz və rahat hərəkət etməsinə şərait yaradacaq.

Nuriyyə Musayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Aprel 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri