Icma.az
close
up
RU
Meymunçiçəyi virusu Azərbaycanda: Yoluxma, əlamətlər və QORUNMA YOLLARI

Meymunçiçəyi virusu Azərbaycanda: Yoluxma, əlamətlər və QORUNMA YOLLARI

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı qeydə alınıb. Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatına görə, 22 yaşlı Azərbaycan vətəndaşı xarici ölkəyə turistik səfərdən qayıtdıqdan bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıdakı klinikalardan birinə müraciət edib. Həkim-infeksionist xəstənin simptomlarına əsasən meymunçiçəyi virusuna yoluxmadan şübhələnib.

Virus aşkarlanan pasiyentin müraciət etdiyi klinikanın dermatoloqu, uzman həkim Mehdi İskəndərli meymunçiçəyinin təhlükəsi, profilaktikası və müalicə üsulları haqqında Oxu.Az-a danışarən bildirdi ki, meymunçiçəyi poksvirus (poxviridae) qrupuna aid olan virus mikrobları tərəfindən törədilən infeksion dəri xəstəliyidir.

"Meymunçiçəyi lokal dəri xəstəliyi hesab edilmir. İnkubasiya dönəmindən sonra xəstədə qızdırma, halsızlıq, başağrısı, əzələ-sümük ağrısı, oynaq ağrıları kimi prodromal əlamətlər müşahidə edilir. Prodromal mərhələdən sonra xəstədə çiçək açırmış kimi göbəklənən səpgilər meydana gəlir.

Bu səpgilər bədənin hər tərəfində yarana bilər. Poksvirus ailəsinə aid olan çiçək, molluskum kontakiozum, orf xəstəliyi, o cümlədən, herpes ailəsinə aid olan suçiçəyinə bənzər səpgilər verir.

Meymunçiçəyinin COVID-19 qədər sürətli yayılma qabiliyyəti yoxdur, öldürmə qabiliyyəti aşağıdır. Suçiçəyinə bənzər gedişat göstərir", - deyə həkim bildirib.

Həkim vurğulayıb ki, əlavə immuniteti zəiflədən hal olmazsa, xəstəlik öz ömrünü iki-dörd həftə ərzində başa vurur və yaraların qabıqlanması ilə xəstə sağalma dönəminə girmiş olur:

"Xəstəliyin profilaktikasında ümumi gigiyena qaydalarına riayət etmək, o cümlədən, əl üçün antiseptik məhlullardan istifadə etmək, xəstəlik zamanı isə qoruyucu tibbi maskalardan, həkimin təyin etdiyi antiseptik tərkibli qarqaralardan istifadə etmək lazımdır".

Dermatoloq vurğulayıb ki, risk qrupuna aid insanlar bu tədbirlərə daha həssas yanaşmalıdırlar:

"Risk qrupuna daxil olan, meymunçiçəyi xəstəsi ilə təmasda olan insanlar, o cümlədən həkimlər, xəstənin yaxınları, immuniteti zəiflədən xəstəliklərdən dolayı immuniteti aşağı plan xəstələr bu cür profilaktik qaydalara ciddi əməl etməlidirlər. Bu tövsiyələr hamilələr və uşaqlar üçün də keçərlidir".

Meymunçiçəyinin yoluxma üsullarına gəlincə isə M.İskəndərli vurğulayıb ki, bu xəstəlik, əsasən, dərinin və selikli qişaların uzunmüddətli təması yolu ilə keçir:

"Yəni kontakt yolu ilə. Ən çox cinsi təmasdan sonra yayılır. Bundan başqa, virusa bulaşmış cansız əşyalar, vücud mayesi və damcı yolu ilə də keçə bilər".

Həkim qeyd edib ki, meymunçiçəyinə yoluxma ilə bağlı karantinin tələb olunub-olunmayacağı ilə bağlı ətraflı fikir bildirə bilməyəcək:

"Ölkəmizdə qeydə alınan ilk meymunçiçəyi klinik halının karantin qaydalarını Səhiyyə Nazirliyinin aidiyyəti şöbələri təyin edəcəklər. O səbəbdən bu barədə ətraflı fikir bildirə bilmərəm.

Bir əsas məsələni qeyd edim ki, xəstəliyin müalicəsində spesifik dərmanlar yoxdur. Yalnız fəsadlaşmış hallarda antiviral terapiyalar aparıla bilər. Adi halda dəstək müalicələrə gəlincə, bol maye qəbul etmək və ev şəraitində qalmaq vacibdir".

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Yanvar 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri