Icma.az
close
up
RU
Azərbaycanda çoxmərtəbəli binalarda qaz QADAĞAN EDİLƏCƏK

Azərbaycanda çoxmərtəbəli binalarda qaz QADAĞAN EDİLƏCƏK

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda 2035-ci ilə qədər çoxmərtəbəli binalarda təbii qazla işləyən avadanlıqların mərhələli şəkildə istifadədən çıxarılması bildirilir. Belə ki, onların bərpa olunan elektrik enerjisi ilə işləyən sistemlərlə əvəz olunmasını planlaşdırılır.
“BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası” çərçivəsində hazırlanan “Milli Səviyyədə Müəyyənləşdirilmiş Töhfələr” (NDC 3.0) hesabatında binalarda elektrikli hava-su tipli istilik nasoslarının və elektrik plitələrinin quraşdırılması nəzərdə tutulur.
Sənədə görə, yüksək səmərəliliyə malik elektrikli hava-su nasosları həm məişət istiliyini, həm də isti su təminatını qarşılayaraq enerji səmərəliliyinin artırılmasına xidmət edəcək.
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Rövşən Muradov bildirib ki, çoxmərtəbəli binalarda təbii qazla işləyən avadanlıqların istifadəsinin məhdudlaşdırılması təhlükəsizlik baxımından zəruridir.
Onun sözlərinə görə, son günlər baş verən qəza və yanğınlar da bu məsələnin aktuallığını artırır.
“Sovet dövründə müəyyən mərtəbədən yuxarı binalara qaz verilmirdi və yüksək mərtəbələr elektriklə təmin olunurdu. Hazırda isə Bakıda hündürmərtəbəli binaların əksəriyyətində qaz mövcuddur, lakin bəzi binalarda tamamilə elektrik sistemi tətbiq edilir. Belə binalarda isitmə və soyutma mərkəzləşdirilmiş sistemlə həyata keçirilir, lakin xidmət haqqı kifayət qədər yüksəkdir”.
Deputat vurğulayıb ki, yeni qəbul olunan istilik təchizatı ilə bağlı qanun da məhz bu istiqamətə yönəlib:
“Binaların ümumi qazanxanalar vasitəsilə qızdırılması həm təhlükəsizlik, həm ekologiya, eləcə də xərclərin azaldılması baxımından daha effektiv ola bilər. Belə olduqda hər evdə ayrıca kombiyə, onun təmirinə, su və elektrik xərclərinə ehtiyac qalmır”.
O, eyni zamanda əlavə edib ki, qaz nisbətən ucuz olsa da, təhlükəlidir və havaya buraxılan emissiyalar çirkli havanı daha da pisləşdirir:
“Elektrik əsaslı sistemlərin üstünlükləri olsa da, onların qiyməti və aylıq xərcləri yüksək olduğundan hər kəs üçün əlçatan deyil. Lakin gələcəkdə təhlükəsizlik və ekologiya baxımından müəyyən addımların atılması mümkündür. Mən də bu fikirlə tamamilə razıyam. Təbii qazla işləyən avadanlıqların mərhələli şəkildə istifadədən çıxarılması və onların bərpa olunan elektrik enerjisi ilə işləyən sistemlərlə əvəz olunması məsləhətlidir”,- deyə deputat fikrini tamamlayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Noyabr 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri