Icma.az
close
up
RU
Azərbaycanda dəhşət: 6 yaşlı qıza qarşı seksual zorakılıq edən 64 yaşlı kişi HƏBS EDİLDİ

Azərbaycanda dəhşət: 6 yaşlı qıza qarşı seksual zorakılıq edən 64 yaşlı kişi HƏBS EDİLDİ

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Sabirabad rayonunda 6 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1961-ci il təvəllüdlü Nəriman Əliyevi (ad və soyad şərtidir) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi (köməksiz vəziyyətdə olan şəxsə qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri, yetkinlik yaşına çatmayana qarşı törədilən) ilə təqsirli bilib və ona 17 müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.

BAKU.WS-in məlumtına görə, N.Əliyev 2025-ci ilin iyun ayının əvvəllərindən iyul ayının əvvəllərinədək Sabirabad rayonunun Qaratəpə kəndindəki evində qonşusu olan 2019-cu il təvəllüdlü Aylinə (ad şərti) qarşı təkrarən seksual xarakterli hərəkətlər edib.

Təqsirləndirilən şəxs azyaşlının dodaqlarını öpməklə, əli ilə bud, sağrı nahiyəsi və cinsi orqanına toxunmaqla, həmçinin qızı öz cinsi orqanına toxundurmaqla cinsi ehtirasını pozğun formada təmin edib. Hadisələr 3 dəfə baş verib və məhkum öz ifadəsində əməllərini etiraf edib, peşman olduğunu bildirib.

İşin açılmasına səbəb sosial şəbəkələrdə yayılan videoqeyd olub. Videonu məhkumun ögey qızı Nuray (ad şərti) gizlin şəkildə çəkib və iyul ayının sonlarında xəbər portalına göndərib. Video "Instagram"da yayıldıqdan sonra hüquq mühafizə orqanları araşdırma apararaq 2 avqust 2025-ci ildə M.Abdullayevi saxlayıb.

Məhkəmədə dindirilən şahidlər, o cümlədən qurbanın anası Züleyxa (ad şərti) və ögey qızı Samirə (ad şərti) hadisəni təsdiqləyiblər.

Ekspertiza rəylərinə görə, qurban azyaşlı olduğundan (psixi inkişafı yaşına uyğun) hərəkətlərin mahiyyətini dərk edə bilməyib və müqavimət göstərə bilməyib. Təqsirləndirilən şəxs isə psixi cəhətdən anlaqlı hesab edilib, heç bir xəstəlik aşkarlanmayıb.

Məhkəmə cinayətin yüksək ictimai təhlükəliliyini, qurbanın yaşını və təkrarən törədilməsini nəzərə alaraq cəza təyin edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://baku.ws
archiveBu xəbər 26 Noyabr 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri