Icma.az
close
up
RU
Gəncədə azyaşlıya seksual zorakılıq edən 58 yaşlı kişi HƏBS EDİLDİ

Gəncədə azyaşlıya seksual zorakılıq edən 58 yaşlı kişi HƏBS EDİLDİ

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Gəncədə azyaşlıya qarşı seksual zorakılıq edən şəxs barəsində məhkəmə qərar çıxarıb.

BAKU.WS-in məlumatına görə, hadisələr 2024-cü ilin avqust və sentyabr aylarında Gəncə şəhərinin Ət Kombinatı və Gülüstan qəsəbələrində baş verib.

Təqsirləndirilən şəxs, 2012-ci il təvəllüdlü azyaşlıya qarşı zor tətbiq etməklə və onun köməksiz vəziyyətindən istifadə etməklə bir neçə dəfə seksual xarakterli hərəkətlər törədib. Zərərçəkmiş, məhkəmədə verdiyi ifadədə təqsirləndiriləni ailə üzvləri ilə hədələməkdə və zorakılıq etməkdə ittiham edib, ağır cəza tələb edib.

Zərərçəkmişin qanuni nümayəndəsi də məhkəmədə bildirib ki, hadisə məktəb rəhbərliyinin xəbərdarlığı ilə üzə çıxıb. O, təqsirləndirilənin uşağı təqib etdiyini və zorakılıq etdiyini vurğulayıb. Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul etməyib və hadisəni inkar edib, lakin məhkəmə onun ifadəsini sübutlarla təkzib edərək qəbul etməyib.

Sübutlar arasında məhkəmə-tibbi ekspertizaların rəyləri, psixoloji və psixiatrik ekspertizalar, hadisə yerinə baxış protokolları, mobil telefon vasitəsilə çəkilmiş video qeydlər və digər sənədlər yer alıb. Ekspertizalar zərərçəkmişin bədənində qeyri-təbii cinsi əlaqə əlamətlərini təsdiqləyib. Təqsirləndirilən şəxsin telefonunda aşkar edilən video qeyd sentyabrın 24-də çəkilib və hadisəni sübut edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsi 1967-ci il təvəllüdlü şəxs barəsində hökm çıxarıb. Məhkəmə, təqsirləndirilən şəxsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi (on dörd yaşına çatmayan şəxsə qarşı təkrarən seksual xarakterli zorakılıq hərəkətləri) ilə təqsirli bilib və onu 17 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

Məhkəmə cəza təyin edərkən cinayətin ictimai təhlükəliliyini, zərərçəkmişin azyaşlı olmasını və təqsirləndirilənin etibardan sui-istifadə etməsini nəzərə alıb. Eyni zamanda, şəxsin əvvəllər məhkum olunmamasını və yaşayış yerində müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 Sentyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri