Azərbaycanda deputat xadiməni yenidən məhkəməyə verdi
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Naxçıvan Ali Məclisinin deputatı Əli Abbasov sosial şəbəkələrdə haqqında yayılan iddilara görə yenidən məhkəməyə üz tutub.
Modern.az-ın məlumatına görə, deputat 27 iyun 2025-ci il tarixində xadimə işləyən Pərvin Məmmədovanın (şərti ad) onun şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən, böhtan xarakterli paylaşımlar etdiyini əsas gətirərək, həmin şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verib.
Ərizədə qeyd olunur ki, Pərvin adlı şəxs deputat Əli Abbasovun guya qızının evinə zorla daxil olması, sərxoş halda avtomobil idarə etməsi, müəllim adına layiq olmaması və əvvəlki illərdə Şərur rayonunda bir neçə ailəni dağıtması kimi əsassız ittihamlar irəli sürüb.
Bundan əvvəl deputatın nümayəndəsi şikayət ərizəsini düzgün hazırlamadığı üçün məhkəmə işi icraata götürməkdən imtina etmişdi.
Deputat ərizəyə müvafiq düzəlişlərdən sonra yenidən məhkəməyə müraciət edib. O, xadimənin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cəzalanmasını tələb edir. Şərur rayon Məhkəməsi bu dəfə işi icraata qəbul edib. Məhkəmənin baxış iclası sentyabrın 22-ə təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 16 Sentyabr 2025 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















