Mandatı ləğv olunan deputat xadiməni məhkəməyə verməklə gündəmə gəlmişdi
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün mandatı ləğv olunan Ali Məclisin 4 saylı Yengicə Seçki Dairəsinin deputatı Abbasov Əli Feyzulla oğlu bir müddət əvvəl xadiməni məhkəməyə verməklə gündəmə gəlmişdi.
“Qafqazinfo”nun məlumatına görə, barəsində Ali Məclisə daxil olmuş vətəndaş müraciətləri əsasında İntizam Komissiyası tərəfindən intizam icraatı başlanılan deputat 27 iyun 2025-ci il tarixində xadimə işləyən Pərvin Məmmədovanın (şərti ad) onun şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən, böhtan xarakterli paylaşımlar etdiyini əsas gətirərək, həmin şəxs barəsində xüsusi ittiham qaydasında şikayət vermişdi.
Ərizədə qeyd olunurdu ki, həmin şəxs deputat Əli Abbasovun guya qızının evinə zorla daxil olması, sərxoş halda avtomobil idarə etməsi, müəllim adına layiq olmaması və əvvəlki illərdə Şərur rayonunda bir neçə ailəni dağıtması kimi ittihamlar irəli sürüb.
Deputatın nümayəndəsi şikayət ərizəsini düzgün hazırlamadığı üçün məhkəmə işi icraata götürməkdən imtina etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 11 Dekabr 2025 23:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















