Azərbaycanda diplomların elektron formatda verilməsinə başlanıldı KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Azərbaycanda təhsil sənədlərinin elektron formatda təqdim olunması istiqamətində işlər yekunlaşmaq üzrədir və ilk elektron diplom artıq məzunlara təqdim edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda keçirilən dəyirmi masada bildirib.
Onun sözlərinə görə, ilk elektron diplom peşə təhsili üzrə məzunlara verilib: “Sistem elə qurulub ki, təhsil müəssisəsi məzunun məlumatlarını təsdiqləyib elektron imza ilə imzaladıqdan sonra diplom avtomatik formalaşdırılır. Yaxın vaxtlarda elektron sertifikatlar və attestatlar da vətəndaşlar üçün “Mygov” platformasında əlçatan olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 15 İyul 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















