Icma.az
close
up
RU
Azərbaycanda doktorantların əksəriyyəti qadınlardır son statistika

Azərbaycanda doktorantların əksəriyyəti qadınlardır son statistika

Icma.az, Modern.az saytına istinadən bildirir.

2026-cı ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 114 müəssisə və təşkilatda (40 ali təhsil müəssisəsi, 74 elmi müəssisə və təşkilat) doktoranturalar fəaliyyət göstərib və onlarda 50,9 faizi qadın olmaqla 3123 nəfər təhsil alıb. Onların 85,0 faizi fəlsəfə doktoru, 15,0 faizi isə elmlər doktoru proqramları üzrə olub.

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, təhsil alanların 85,0 faizi fəlsəfə, 15,0 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alıb:

"Təhsil alanların 34,0 faizi elmi müəssisə və təşkilatlarda, 66,0 faizi isə ali təhsil müəssisələri üzrə doktoranturalarda təhsil alıb. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 30,3 və 69,7 faiz, elmlər doktoru proqramı üzrə isə 54,9 və  45,1 faiz təşkil edib.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2653 nəfərin 470-i iqtisad, 454-ü texnika, 248-i filologiya, 191-i tibb, 152-si pedaqogika, 130-u biologiya, 120-si siyasi, 115-i hüquq, hər birində 110 nəfər olmaqla 220-si tarix və yer elmləri, 82-si kimya, 80-ni riyaziyyat, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.  

Doktorantların 75 nəfəri filologiya, 64 nəfəri biologiya, 47 nəfəri iqtisad, 40 nəfəri texnika, hər birində 28 nəfər olmaqla 56 nəfəri kimya və tarix, 27 nəfəri hüquq, 26 nəfəri tibb, 21 nəfəri yer elmləri, 19 nəfəri aqrar, 17 nəfəri pedaqogika, 13 nəfəri fizika, 11 nəfəri riyaziyyat, qalanları isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır".

Qurumun məlumatında qeyd olunub ki, 2024-cü illə müqayisədə 2025-ci ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış  41,4 faiz artaraq 707 nəfər, elmlər doktoru proqramı üzrə isə 30,1 faiz artaraq 173 nəfər təşkil edib:

"Bununla yanaşı, 2025-ci ildə fəlsəfə doktoru proqramı üzrə 147 dissertant təhkim olunmuşdur ki, onların da 74,1 faizini qadınlar təşkil edib. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş dissertantların sayı 73 nəfəri qadın olmaqla 120 nəfər təşkil etmişdir. Dissertantların əsas hissəsi tibb, hüquq, biologiya, tarix, fizika, iqtisad, texnika və filologiya elmləri üzrə təhkim olunub".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 İyun 2026 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri