Icma.az
close
up
RU
Azərbaycanda neftlə çirklənmələrin əksəriyyəti son 150 200 ilin nəticəsidir

Azərbaycanda neftlə çirklənmələrin əksəriyyəti son 150 200 ilin nəticəsidir

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəzər dənizində və göllərdə hazırda neft ilə çirklənməsi faktı müşahidə olunmur, mövcud çirklənmələrin əksəriyyəti isə son 150-200 ilin nəticəsidir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit üzrə ekspert Rövşən Abbasov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində təşkil olunan "Xəzər Su İnnovasiya Forumu 2025: Suya dəyər qatırıq" panelində deyib.

Onun sözlərinə görə, hazırda fəaliyyət göstərən bütün neft yataqları mövcud ekoloji standartlara uyğun işləyir və yeni çirklənmələrə yol verilmir.

R. Abbasov bildirib ki, neftlə çirklənmiş ərazilərin bərpası istiqamətində geniş tədbirlər görülür:

"Hazırda Azərbaycanın müxtəlif ərazilərində təmizləmə layihələri icra olunur. Dünya Bankının dəstəyi ilə Zığ gölünün bərpası ilə bağlı layihə həyata keçirilir. Araşdırmalar göstərib ki, gölün dibində çoxlu miqdarda tarixi neft qalıqları mövcuddur. Məlum olub ki, həmin göl bir zamanlar neftin müvəqqəti toplanma rezervuarı kimi istifadə edilib. Bu səbəbdən də gölün çirklənmə dərəcəsi olduqca yüksəkdir".

Ekspert qeyd edib ki, Abşeron yarımadasında, xüsusilə Bayıl və Ağ Şəhər ərazilərində təmizləmə işləri aparılır:

"Lakin torpağın qatlarında illər öncə hopmuş neft qalıqları bəzən təkrar üzə çıxır. Bu səbəbdən təmizləmə işləri uzunmüddətli və mürəkkəb xarakter daşıyır. Hər bir halda, ekoloji təhlükəsizliyin təmin olunması üçün layihələr davam etdirilir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 Sentyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri