Icma.az
close
up
RU
Azərbaycanda dul əhali: əksəriyyət qadınlardır STATİSTİKA

Azərbaycanda dul əhali: əksəriyyət qadınlardır STATİSTİKA

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda əhalinin nikah vəziyyətinə dair ən dolğun məlumatlar əsasən hər 10 ildən bir keçirilən əhalinin siyahıyaalınması zamanı toplanır. Əhalinin ailə vəziyyəti - subay, evli, boşanmış və ya dul olması kimi göstəricilər məhz bu proses çərçivəsində rəsmi şəkildə qeydə alınır.
Sonuncu ümumölkə siyahıyaalınması 2019-cu ildə aparılıb və hazırda əhalinin nikah vəziyyəti ilə bağlı mövcud statistika məhz həmin ilin məlumatlarına əsaslanır. 

Qeyd edək ki, hər il müvafiq dövlət qurumları tərəfindən evlilik və boşanma ilə bağlı göstəricilər yenilənsə də, dul insanların sayı yalnız siyahıyaalma prosesində müəyyən olunduğuna görə, bu sahədə illik dinamik göstəricilər mövcud deyil.
Modern.az 2019-cu ilin əhalinin siyahıyaalınması nəticələrinə əsasən Azərbaycanda dul qadın və kişilərin say göstəricilərini, yaş qrupları və digər məlumatları təhlil edib. 
Son göstəricilərə görə ölkəmizdə ümumilikdə 206 min 748 dul kişi və qadın var. Onların 100 min 2-si şəhər,  86 749-u isə kənddə yaşayır. Dul insanların əksəriyyəti qadındır, belə ki, ölkəmizdə ümumilikdə 158 min 261 dul qadın, 48 min 490 isə dul kişi var. 
Dul kişi və qadınların əksəriyyəti məşğul əhalidir. Məşğul əhali arasında 199 min 249 nəfər duldur. Onların 46 min 654-ü kişi, 152 min 595-i qadındır. Məşğul dul əhalinin 115 min 166-sı şəhərdə, 84 min 83-ü kənd əhalisidir. 
Şəhər əhalisi içərisində dul qadınların sayı 85 min 87, kişilər arasında dulların sayı isə 30 min 79-dur. Kənddə bənzər göstərici qadınlar arasında 67 min 508, kişilər arasında isə 16 min 575-dir. 
İşsiz əhali arasında isə dul əhalinin sayı nisbətən azdır. Belə ki, ümumilikdə 7 min 502 işsiz dul əhali var. Onların 5 min 666-sı qadın, 1 836-sı isə kişidir. 

İşsiz əhali arasında 4 min 836 dul vətəndaş şəhərdə, 2 min 666-sı isə kənddə yaşayır. Şəhərdə yaşayanların 1268-i kişi, 3 min 568-i qadındır, kənd əhalisi arasında da dul kişilərin sayı daha çoxdur. Belə ki, kəndlərdə yaşayan işsiz vətəndaşlar arasında 568 dul kişi, 2098 dul qadın var. 

İşləyən dul əhalinin yaşa görə statistikası

İşləyən əhali üzrə 15-19 yaşlılar arasında ümumilikdə 20 dul insan var, bunların da hamısı qadındır. Ən yüksək göstərici isə 55-59 yaşlılar arasındadır. Bu yaş kateqoriyasında ümumilikdə 46 min 865 dul kişi və qadın var ki, onların da 9 min 434-ü kişi, 37 min 431-qadındır.

Cədvəl: Məşğul dul əhalinin yaş qrupları üzrə digər göstəriciləri

İşləyən dul əhalinin şəhər və kəndə görə yaş statistikası

15-19 yaşda dul olanların 6-sı şəhərdə, 14-ü isə kənddə yaşayır. Ən çox dulun yaşadığı 55-59 yaşlı dul şəxslərin isə 19 min 592-si kənd, 27 min 273-ü isə şəhər əhalisidir. Bundan başqa şəhər əhalisi arasında 60-64 yaş aralığında dulların sayı daha çoxdursa, eyni göstərici kənd əhalisi üçün 55-59 yaşlılar arasındadır. Belə ki, 60-64 yaşlı şəhər əhalisinin 20 978 duldur (onlardan 5723-ü kişi, 15 min 255-i qadındır), kənd əhalisinin isə 55-59 yaş aralığında olan 19 min 592 dul əhalisi var (onlardan kişilərin sayı 3 min 258, qadınların sayı isə 16 min 334-dür).

İşləyən əhali arasında 70 və yuxarı yaş kateqoriyasında olan dulların sayı 14 min 360-dır. Onların 5 min 904-ü kişi, 8 min 456-sı isə qadındır. 70-dən çox yaşı olan və işləyən dul vətəndaşların əksəriyyəti şəhərdə yaşayır. Belə ki, şəhərdə bu göstərici 8085 (onlardan 3 min 853-ü kişi, 4 min 232-si qadındır), kənddə isə yaşı 70-dən çox olan dul kişilərin sayı 2051, qadınların sayı isə 4 min 224 olmaqla ümumilikdə 6 min 275-dir. 

Cədvəl: Şəhərdə yaşayan məşğul dul əhalinin yaş qrupları üzrə digər göstəriciləri

Cədvəl: Kənddə yaşayan məşğul dul əhalinin yaş qrupları üzrə digər göstəriciləri

İşsiz dul əhalinin yaşa görə statistikası

İşsiz dul əhali arasında 15-19 yaşlı dul qadınların ümumi sayı 3-dür. Bu göstəricinin hər biri kənd ərazisində qeydə alınıb. İşsiz şəhər və kənd əhalisinin ən çox 55-59 yaşlı kişi və qadınları duldur. Ümumilikdə bu yaşda 2 min 343 dul vətəndaşın 454-ü kişi, 1889-u isə qadındır. Onların 1535-i şəhər, 808-i isə kənddə yaşayır. 60 və yuxarı yaşda olan şəhər əhalisinin 778-i, kənd əhalisinin isə 358-i duldur.

Cədvəl: İşsiz dul əhalinin yaş qrupları üzrə digər göstəriciləri


Cədvəl: Şəhərdə yaşayan işsiz dul əhalinin yaş qrupları üzrə digər göstəriciləri

Cədvəl: Kənddə yaşayan işsiz dul əhalinin yaş qrupları üzrə digər göstəriciləri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 İyun 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see324

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see258

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see225

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see223

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see222

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see191

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see182

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see180

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see180

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see179

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see175

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see175

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see173

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see170

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see168

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see166

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see162

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see162

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see160

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri