Azərbaycanda dövlət sifarişi ilə ali təhsil xərcləri artırılır
Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən dövlət sifarişi ilə ali təhsil xərcləri üçün 570 milyon manat ayrılması nəzərdə tutulur.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə maliyyə naziri Samir Şərifov bildirib.
Onun sözlərinə görə, bu, 2024-cü illə müqayisədə 21,8 % çoxdur.
"Həmin vəsaitin 41 milyon manatı güzəştli kateqoriyadan olan vətəndaşlarımız üçün nəzərdə tutulub. Bundan başqa, aztəminatlı təbəqənin təhsil davamlılığını təmin etmək üçün Təhsil Tələbə Kredit Fondunun nizamnamə kapitalı 126 milyon manata çatdırılacaq", - deyə nazir qeyd edib.
Baxış sayı:54
Bu xəbər 18 Noyabr 2024 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















