Azərbaycanda elektromobillərin şarj cihazları istehsal ediləcək FOTO
Icma.az, Milli.az saytına istinadən bildirir.
"EEL electronics" şirkəti Azərbaycanda ilk dəfə olaraq elektromobillərin şarj cihazlarının istehsalına başlayacaq.
Milli.Az xəbər verir ki, bunu şirkətin texniki direktoru Ruslan Şixəliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, şirkətin məhsulları Qarabağ bölgəsində təmir-bərpa işlərində istifadə olunur:
"Şirkətimiz 2022-ci ildə Ağdam Sənaye Parkının rezidenti olub. İstehsala isə 2024-cü ilin sentyabr ayında başlamışıq. İstehsal sahəsinin birinci mərhələsində 0-4 kVt idarəetmə panelləri, 6,10,35 kVt elektrik yuvaları istehsal olunur. Hazırda 45 nəfərə yaxın yerli əhalini işlə təmin etmişik. İkinci mərhələdə beton kompleks transformator məntəqələrinin beton köşk şəklində istehsalı nəzərdə tutulub. Bu mərhələdə yerli əhalidən 70-80 nəfəri işlə təmin etməyi planlaşdırırıq".
R.Şixəliyev yaxın zamanda məhsulların xarici şirkətlərə ixrac olunacağını da diqqətə çatdırıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 09 Yanvar 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















