Icma.az
close
up
RU
Azərbaycanda Elm günü: Alimlər nə qədər maaş alır? RƏQƏMLƏR

Azərbaycanda Elm günü: Alimlər nə qədər maaş alır? RƏQƏMLƏR

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Azərbaycanda Elm günüdür. Elm gününün qeyd olunması bütün ölkə üzrə elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya gətirməklə yanaşı, həm də əldə olunan elmi nailiyyətləri ictimaiyyətə təqdim etməyə, çatışmazlıqları geniş şəkildə müzakirə etməyə və problemlərin həlli ətrafında birləşməyə imkan verir. 

Modern.az Elm günündə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının nə qədər maaş aldığını araşdırıb.

Qeyd edək ki, 2025-ci il dövlət büdcəsində elm sahəsinə ayrılan xərclər 244,4 milyon manat olaraq nəzərdə tutulub. Bu rəqəm əvvəlki illə müqayisədə 3,5 faiz artım deməkdir. 

Bu ilin yanvar ayında AMEA Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Artımdan sonra AMEA Prezidentinin maaşı 4079 manata çatıb. AMEA-nın 1-ci vitse-prezidenti 2824, vitse-prezidenti, akademik katibi 2611 manat maaş alır. Digər işçilərin maaşları aşağıdakı kimidir:

Sıra

№-si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

1.

AMEA-nın prezidenti

4079

2.

AMEA-nın 1-ci vitse-prezidenti

2824

3.

AMEA-nın vitse-prezidenti, akademik katibi

2611

4.

AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın prezidentinin müşaviri, katibliyin rəisi, AMEA-nın Gəncə bölməsinin akademik-katibi

1952

5.

İdarə rəisi

1888

6.

AMEA-nın Rəyasət Heyətinin elmi katibi, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında: əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavini

1825

7.

İdarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbə rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın prezidentinin köməkçisi, AMEA-nın akademik-katibinin köməkçisi

1555

8.

Qeyri-əsas şöbənin rəisi, sektor müdiri

1135

9.

Qeyri-əsas şöbə rəisinin müavini, AMEA-nın vitse-prezidentinin köməkçisi

1072

10.

Baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdiri

999

11.

Aparıcı mütəxəssis

905

12.

Mütəxəssis

826

Qeyd edək ki, bir müddət əvvəl Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın Naxçıvan bölməsinin Aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb. Qərara əsasən bölmənin sədrinin maaşı 2611 manat olub.

Elmlər Akademiyasında çalışan alimlərin maaşları isə tam açıqlanmayıb. Ötən ilin sonlarında Milli Məclisdə bildirilib ki, Elmlər Akademiyasında çalışan alimlərimizin tarif cədvəli üzrə maaşlarından vergilər çıxıldıqdan sonra kiçik elmi işçi 420 manat, elmi işçi 453 manat, böyük elmi işçi 489 manat, aparıcı elmi işçi 527 manat, baş elmi işçi və şöbə müdiri 576 manat məvacib alır.


Həmçinin, fəlsəfə doktoruna elmi rəhbərlik edən alimə verilən məvacib aylıq 23-24 manat civarındadır. 
Bundan başqa, son illərdə bir neçə dəfə ölkədə təxminən maaşlar 10-20 faiz artırılıb. Bu artımlar Elmlər Akademiyasının Rəyasət Heyətinə şamil edilsə də, institutlara şamil edilməyib. Nəticədə Rəyasət Heyətində çalışan adi mütəxəssis institutlardakı elmlər doktoru, professor, şöbə müdirindən yuxarı maaş alır.


2025-ci il büdcə layihəsinə görə orta aylıq əməkhaqqının cari illə müqayisədə 90,1 manat artırılaraq 1080,1 manata çatdırılması proqnozlaşdırılır. Bu da Elmlər Akademiyasında çalışan alimlərimizin aldığı məvacib orta aylıq əməkhaqqından təxminən 2 dəfə aşağı olduğunu göstərir. 


Müşahidələr onu da deməyə əsas verir ki, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrinə görə verilən müvafiq olaraq 60 və 100 manat məbləğ 2017-ci ildən sonra son 8 ildə artırılmayıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Mart 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see326

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see325

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see323

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see264

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see257

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see256

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see253

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see250

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see249

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see236

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see208

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see207

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri