Icma.az
close
up
RU
Azərbaycanda jurnalistlər nə qədər maaş alır Rəqəmlər açıqlandı

Azərbaycanda jurnalistlər nə qədər maaş alır Rəqəmlər açıqlandı

Icma.az, Olke.az saytına istinadən bildirir.

Media sektorunda tez-tez paylaşılan iş elanlarındakı əməkhaqqı təklifi müzakirə mövzusu olur. Bəzən tələblər bölməsində hərtərəfli bilik və bacarıqları qeyd edən işəgötürənlər təklif bölməsində ona adekvat olmayan bir rəqəmlə əməkhaqqını göstərirlər. Əsasən 400-500 manatlıq əməkhaqqı təklifi jurnalistləri narazı salır. Onlar,  işçidən savad, təhsil, təcrübə, dil bilgisi, SMM bacarığı, diqqət, gərgin rejimdə işləmək  bacarığı və sürət tələb edən ən çətin fəaliyyət sahələrindən biri olan jurnalistikada əməkhaqqının bu səviyyədə olmasını yanlış hesab edirlər. 

Onu qeyd edək ki, Azərbaycanda media sahəsində distant iş təcrübəsi o qədər də yayılmayıb, ofisdən işləmək şərti bütün iş elanlarında qeyd edilir. İş yeri də şəhərin mərkəzində... Bu əmək haqqının ən az 200 manatının yol xərcinə hesablanması deməkdir. Nəticədə jurnalistin cibində qalan pul onun minimum ehtiyaclarına ancaq yetmiş olur. 

Jurnalistlərtin bu narazılığına cavab olaraq, qarşı tərəf də qeyd edir ki, sözügedən iş təklifinə tələb var, müraciətlər də olunur və bu maaşla çalışanlar da var.  

Onu da əlavə edək ki, bu rəqəmlər media sektorunda orta aylıq əmək haqqı deyil. Orta aylıq əməkaqqı daha yüksəkdir. Ehtimal ki, aşağı əməkhaqqı ilə olan iş təklifləri də daha çox jurnalist fəaliyyətinə yeni başlayan gənclər üçün sərfəli olur.

Ölkə.az xəbər verir ki, Sitat.info-ya açıqlamasında tez-tez müzakirə olunan bu mövzuya münasibət bildirən Mətbuat Şurasının İH üzvü, media eksperti Müşviq Ələsgərli bildirdi ki, bu cür elanlar Azərbaycanda jurnalistika sahəsində orta statistik əməkhaqqı göstərici hesab edilmir: "Bu Azərbaycanda orta statistik göstərici deyil, ən aşağı göstəricidir. Biz Azərbaycanda media sahəsində əməkhaqqlarını 3 kateqoriya üzrə bölürük. 500 manata qədər əmək haqqı verən media subyektləri, 500-dən 1000 manata qədər olanlar və 1000 manatdan yuxarı olanlar... Biz təsnifatlaşmanı təqribən bu cür edirik. Hər il  bu statistikanı paylaşırıq. Düzdür, bu gün Azərbaycanda jurnalistə 400-500 manat əmək haqqı verənlər var, amma onların sayı kifayət qədər aşağıdır. Təxminən 15-20 faiz media subyektləri az maaş verir".

M.Ələsgərli jurnalistlərin orta aylıq əmək haqqı statistikasını da açıqladı: "Azərbaycanda jurnalistlər üçün orta aylıq əmək haqqı keçən il 700-800 manat civarında idi, bu il də təxminən 800-900 manat olacaq. Ölkəmizdə jurnalistlərin 20 faizə qədəri 500 manat civarında, 60-70 faizi 500-1000 manat arasında, 10-15 faizi isə 1000 manatdan yuxarı maaş alır. Yəni, burada heç bir media qurumuna nə qədər maaş verməsi ilə bağlı şərt qoymaq, tələb qoymaq olmaz. Əsas odur ki, ölkədə minimum əmək haqqı var və ondan aşağı maaş verilə bilməz. Yuxarı həddi isə redaksiyanın öz imkanlarından asılıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Dekabr 2024 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri