Icma.az
close
up
RU
Azərbaycanda əmək bazarının 20 əsas sahəsindən 17 də kişilər daha çox paya malikdirlər

Azərbaycanda əmək bazarının 20 əsas sahəsindən 17 də kişilər daha çox paya malikdirlər

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Qadınların və kişilərin orta aylıq əmək haqqı arasındakı fərq barədə.
Azərbaycanda qadınlarla kişilər arasında əmək haqqı fərqinin səbəbi gender ayrı-seçkiliyi deyil, iqtisadiyyatın sektorlar üzrə spesifik xüsusiyyətləridir. Buna görə də dünyanın elə bir ölkəsi yoxdur ki, orada qadınların orta aylıq əmək haqqı kişilərdən yüksək olsun.
Azərbaycanda əmək bazarının 20 əsas sahəsindən 17-də kişilər daha çox paya malikdirlər. Belə ki, kişilər işçi qüvvəsi kimi tikintidə 92%, mədən çıxarmada 90%, emal sənayesində 74%, maliyyə və sığorta fəaliyyətində 63% paya sahibdir. Qadınlar isə yalnız 3 sahə üzrə çoxluq təşkil edir. Bunlar təhsil 74%, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 78%, əyləncə və incəsənət sahəsində fəaliyyət 62%-dir. Elə bu sahələr arası əmək haqqı fərqləri nəticədə qadınların orta aylıq əmək haqqının aşağı olmasına səbəb olur.
Qeyd etdiyim kimi, bütün ölkələrdə bu fərq mövcuddur. Bu fərq Avropada 10-20%, Rusiyada 25%, Azərbaycanda isə təxminən 30 faizdir. Bu məsələdə Lüksemburq dünyaya liderlik edir. Qadınlar və kişilər arasında əmək haqqı fərqi cəmi 0,2%-dir. Yəni kişinin hər 100 avro əmək haqqı qarşılığında qadın 99,8 avro qazanır.
Bu fakt, yuxarıda qeyd etdiklərimi bir daha təsdiq edir. Çünki Lüksemburqda insanlar neft-qazda, tikintidə, ağır sənayedə çalışmır. Kiçik bir dövlət olan Lüksemburq iqtisadiyyatında maliyyə xidmətləri, investisiya və kapital bazarı, eləcə də turizm və təhsil kimi xidmət sektoru inanılmaz böyük paya sahibdir. Bu sektorlarda isə kişilər kimi qadınlar da rahatlıqla bərabər çalışa bilirlər.
Başqa sözlə, hansı ölkədə tikinti, neft-qaz, emal və digər ağır əmək tələb edən sahələr üstünlük təşkil edirsə, orada bu əmək haqqı fərqləri daha çox olacaqdır. Çünki, xanımlar zərif cinsin nümayəndələri olduqları üçün ağır əmək tələb edən işlərdə kişilər çalışacaq.
Eldəniz Əmirov, iqtisadçı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 Fevral 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see245

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see178

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see173

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see155

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see139

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see128

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see127

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri