Icma.az
close
up
RU
Azərbaycanda magistratura proqramları əmək bazarının tələblərini qarşılamır Ekspertdən ETİRAZ

Azərbaycanda magistratura proqramları əmək bazarının tələblərini qarşılamır Ekspertdən ETİRAZ

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycanda magistratura təhsilinə marağın azalması artıq tendensiyaya çevrilib və bunun əsas səbəbləri həm təhsil sistemindəki keyfiyyət problemləri, həm də əmək bazarının reallıqları ilə bağlıdır. 2025-ci ilin magistraturaya qəbul imtahanlarının nəticələri göstərir ki, hər iki yerləşdirmədən sonra 3700-dən çox boş yer qalıb və bu yerlərin təxminən 1100-ə yaxını dövlət sifarişi üzrə olub. Digər tərəfdən, boş qalan 4300 yer (1200 dövlət sifarişi) üçün cəmi 1408 nəfər seçim edib və onlardan yalnız 617 nəfər qəbul olunub. Bu göstəricilər aydın şəkildə sübut edir ki, magistratura təhsilinə maraq ildən-ilə azalır və tələbə sayı plan yerlərini doldurmağa yetmir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov Azərbaycanda magistratura təhsilinə marağın azalmasından danışarkən bildirdi.

"Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5.2-ci maddəsinə əsasən, “təhsil sistemi cəmiyyətin və dövlətin sosial-iqtisadi, elmi-mədəni və mənəvi-əxlaqi tələblərinə uyğunlaşdırılmalıdır”. Lakin magistratura səviyyəsində vəziyyət göstərir ki, bu uyğunluq təmin olunmayıb. Çünki bir tərəfdən dövlət sifarişli yerlər açılır, digər tərəfdən isə həmin ixtisasların əmək bazarında tələbatı yoxdur və gənclər də bunu çox yaxşı görürlər. Yəni dövlətin planlaşdırması ilə real ehtiyac arasında ciddi uyğunsuzluq mövcuddur.

Müsbət tərəfi odur ki, magistratura pilləsi nəzəri olaraq elmi-tədqiqat potensialı və ixtisaslaşmanın dərinləşdirilməsi üçün nəzərdə tutulub. Dünyanın bir çox ölkəsində məsələn, Almaniyada və Fransada magistratura daha çox elmi yönümlü, ABŞ və Böyük Britaniyada isə həm də praktik bacarıqların artırılmasına fokuslanıb. Azərbaycanda isə bu mərhələ çox vaxt formal xarakter daşıyır".

Ekspert əlavə etdi ki, magistr proqramlarının böyük hissəsi yalnız bakalavr pilləsinin davamı kimi görünür, dərs yükü və tədqiqat işi zəifdir, tələbələrin beynəlxalq elmi mühitlə əlaqəsi təmin edilmir.

"Mənfi tərəfləri isə daha qabarıqdır. Əvvəla, magistr təhsili iş bazarında rəqabət üstünlüyü qazandırmır. Bir çox sahələrdə işəgötürənlər magistr diplomunu əlavə dəyər kimi qiymətləndirmir, nəticədə gənclər bu pilləyə investisiya qoymağa maraq göstərmirlər. İkincisi, universitetlərdə elmi mühit zəifdir, dissertasiya işləri çox vaxt formal yazılır, beynəlxalq jurnallarda dərc olunmur və elmi yenilik gətirmir. Üçüncüsü, dövlətin təqaüd və stimullaşdırıcı siyasəti yoxdur magistr tələbələri həm maddi baxımdan çətinlik çəkir, həm də tədris prosesində əlavə imkanlardan məhrum olur.

Dünya təcrübəsi göstərir ki, magistratura mərhələsi inkişaf etmiş ölkələrdə əmək bazarı ilə sıx bağlıdır. Məsələn, Skandinaviya ölkələrində magistr proqramlarının böyük hissəsi konkret sənaye və texnologiya sahələrinə uyğun qurulur, universitetlərlə şirkətlər arasında əməkdaşlıq var. ABŞ-də MBA proqramları iş bazarında lider mövqedədir, çünki real karyera imkanları yaradır. Azərbaycanda isə magistratura proqramları çox vaxt əmək bazarının tələblərini qarşılamır və buna görə də gənclər üçün cazibədar deyil.

Nəticə etibarilə dəyişəcək olan budur ki, əgər magistratura təhsilində islahat aparılmazsa, boş yerlərin sayı hər il artacaq və dövlət sifarişi ilə ayrılan plan yerlərinin böyük hissəsi istifadəsiz qalacaq. Dəyişməli olan isə tədrisin məzmunu və dövlətin yanaşmasıdır".

Müsahibimizin fikrincə, magistratura proqramları əmək bazarına uyğunlaşdırılmalı, elmi-tədqiqat imkanları gücləndirilməli, beynəlxalq universitetlərlə müştərək proqramlar tətbiq olunmalı və tələbələrin stimullaşdırılması üçün təqaüd sistemi genişləndirilməlidir.

"Təəssüf ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə heç bir maarifləndirmə aparmır, proqnoz hazırlamır, yalnız statistik rəqəmləri açıqlamaqla kifayətlənir. Nazirliyin magistratura üzrə hansı strateji planı var, ölkədə hansı ixtisaslarda magistr mütəxəssisinə real ehtiyac duyulur, bu barədə ictimaiyyətə heç bir aydınlıq verilmir. Əslində isə gənclərin magistratura pilləsinə marağının azalması təkcə təhsil problemi deyil, həm də dövlətin insan kapitalı siyasətindəki boşluqların göstəricisidir", - deyə Kamran Əsədov bildirdi.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Avqust 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see186

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see162

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see134

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see127

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri