Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Əmək bazarının rəqəmsallaşması...

Əmək bazarının rəqəmsallaşması...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Son 5 ildə əmək müqavilələrinin sayının 458 min vahid artaraq 1,8 milyonu ötməsinə səbəb olub

Ölkəmizdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarına da öz müsbət təsirlərini göstərməkdədir. İş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu illə müqayisədə 458.110 vahid artaraq 1.860.025-ə çatıb. Əmək müqavilələrinin sayında ən çox artım ticarət sahəsində (29,6 faiz), ikinci xidmət (22,7 faiz), üçüncü sənaye (12,9 faiz) sektorunda qeydə alınıb. Maliyyə, rabitə, kənd təsərrüfatı və nəqliyyat sektorlarında 2,3 - 4,7 faiz aralığında artım müşahidə edilib.

Əmək müqavilələrinin sayında artımın baş verməsində biznesin iqtisadi fəallığının yüksəlməsi, yeni müəssisələrin fəaliyyətə başlaması, investisiya təşviqi çərçivəsində həyata keçirilən layihələr və digər islahat tədbirləri öz mühüm təsirlərini göstərib.

Rəsmi məşğulluğun təmin edilməsi sığorta yığımlarının yüksəlməsinə səbəb olub

Əmək müqavilələrinin artımı və rəsmi məşğulluğun təmin edilməsi ölkə üzrə sığorta yığımlarının da həcminin yüksəlməsinə səbəb olub. 2024-cü ildə muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağardılması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki illə müqayisədə 273,5 milyon manat və ya 5 faiz artaraq 5 milyard 763 milyon manat təşkil edib. Büdcə təşkilatları üzrə daxilolma əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 146,4 milyon manat və ya 8,1 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 410,6 milyon manat və ya 12,1 faiz artıb.

Ümumilikdə, 2018-2024-cü illərdə Fonda daxil olan sosial sığorta haqları üzrə illik vəsait 2,5 dəfə artaraq  2,3 milyard manatdan 5 milyard 752 milyon manata çatıb.

Aparılan sosial-iqtisadi islahatlar əməkhaqlarının,  əmək müqavilələrinin sayının, əhalinin sosial sığorta sistemində iştirak səviyyəsinin əhəmiyyətli şəkildə artması digər sosial seqmentlər üzrə yığımalarda da artımı təmin edib. Belə ki, 2024-cü ildə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü illə müqayisədə 13,7 faiz artaraq 208,1 milyon manata çatıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,9 faiz artaraq 156,9 milyon manat təşkil edib. İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən il 2023-cü illə müqayisədə 8,6 faiz artaraq 1 milyard manatdan çox olub. Bu sahədə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10 faiz artaraq 721,3 milyon manata çatıb.

ƏMAS hamını vahid elektron platformada birləşdirir

Əmək müqavilələrinin sayının artmasında əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı rəqəmsal alətlərin tətbiqi, o cümlədən e-qeydiyyat sistemi xüsusi rol oynamaqdadır. Azərbaycanda əmək müqavilələrinin elektron qeydiyyat sistemi təxminən 5 ildən artıqdır ki, fəaliyyət göstərir. Sistem əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasına, bu münasibətlərin dəqiq və əhatəli uçotunun aparılmasına, əmək bazarına çevik və obyektiv, səmərəli dövlət nəzarətini təmin etmək məqsədilə yaradılıb. Məqsəd ölkənin bütün muzdla çalışan əhalisini əhatə edən əmək müqavilələrinin elektron qeydiyyat sistemi vasitəsilə işçilərin əmək və gələcək layiqli pensiya təminatı üçün də etibarlı hüquqi əsas formalaşdırmaqdır.

2024-cü ilin avqust ayında “Əmək Məcəlləsi”nə edilmiş dəyişikliklərlə əlaqədar əmək müqavilələrinin bağlanmasında kargüzarlıq sisteminin ləğvi və əmək münasibətlərinin yeni elektron infrastruktura inteqrasiyası bu prosesdə şəffaflığı daha da möhkəmləndirib. Belə ki, müvafiq elektron sistemdə “Əmək və məşğulluq” altsisteminin (ƏMAS) istifadəyə verilməsi sayəsində əmək və məşğulluq sahəsində bütün məlumatlar vahid elektron platformada mərkəzləşdirilib. Nəticədə ƏMAS-ın tətbiqi rəqəmsal platformaya əsaslanmaqla kağız üzərində kadr inzibatçılığının tamamilə ləğvinə səbəb olub.

Beləliklə, əmək müqavilələrinin tamamilə elektronlaşdırılması əmək münasibətləri sistemində obyektivlik və çevikliyi artırmağa imkan verməkdə, müəssisə və təşkilatlar, özəl sektorda işçilərlə əmək müqaviləsinin saxtalaşdırılması hallarının aradan qaldırılmasında mühüm rol oynamaqdadır.

ELBRUS CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Fevral 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see445

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see427

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see409

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see279

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see275

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see264

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see260

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see245

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see239

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see230

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see220

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see215

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see200

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see197

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see191

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see191

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see189

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see184

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see166

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri