Icma.az
close
up
RU
Azərbaycanda ən bahalı muzeylər: Pulunuz varsa...

Azərbaycanda ən bahalı muzeylər: Pulunuz varsa...

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Muzeylər tarixi, mədəniyyət və incəsənəti qoruyaraq gələcək nəsillərə ötürən ən mühüm mədəniyyət məkanlarından biridir. 

Burada ziyarətçilərə keçmişi daha yaxından görmək imkanı yaradır.

Son illərdə Azərbaycanda muzeylərə maraq artsa da, ən çox müzakirə olunan məsələlərdən biri də giriş qiymətləridir. Xüsusilə qiymətlərin yerli və xarici vətəndaşlar üçün fərqli olması bu sahədə diqqət çəkən əsas məqamlardandır.

Bəs Azərbaycanda giriş haqqı ən yüksək olan muzey hansılardır?

“Cebheinfo.az”-ın əməkdaşı bununla bağlı araşdırma aparıb.

Məlum olub ki, Heydər Əliyev Mərkəzinin muzey ekspozisiyasına giriş təxminən 15 manat təşkil edir. Bu mərkəz Bakıdakı ən müasir mədəniyyət komplekslərindən biri hesab olunur və burada Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər, videomateriallar, rəsmi sənədlər və interaktiv təqdimatlar nümayiş etdirilir.

Eyni zamanda “Mini Azərbaycan” bölməsində ölkənin məşhur tarixi abidələrinin maketləri, həmçinin müasir incəsənət sərgiləri və beynəlxalq mədəni layihələr də təqdim olunur.

Azərbaycan Milli Tarix Muzeyinə giriş yerli ziyarətçilər üçün 8 manat, xarici ziyarətçilər üçün isə 15 manatdır. Bu muzeydə Azərbaycanın qədim dövrdən müasir dövrə qədər olan tarixi eksponatlar, arxeoloji tapıntılar, milli geyimlər, sikkələr və zəngin arxiv materialları saxlanılır.

Azərbaycan Milli Xalça Muzeyinə giriş təxminən 7 manat təşkil edir. Burada Azərbaycan xalçaçılıq sənətinin müxtəlif bölgələrə aid nümunələri, qədim və müasir xalçalar, toxuculuq texnikaları və sənətkarlıq nümunələri sərgilənir.

Azərbaycan Milli İncəsənət Muzeyində giriş qiyməti orta hesabla 7 manatdır. Muzeydə Azərbaycan və dünya rəssamlarının əsərləri, heykəltəraşlıq nümunələri, qrafika və dekorativ-tətbiqi sənət kolleksiyaları nümayiş olunur.

Bakıdakı Müasir İncəsənət Muzeyində giriş adətən 5–7 manat aralığındadır. Burada çağdaş incəsənət nümunələri, modern rəssamlıq və eksperimental sərgilər təqdim edilir.

Regionlarda yerləşən tarixi məkanlarda qiymətlər daha dəyişkəndir. Şəki Xan Sarayına giriş təxminən 5–10 manat aralığındadır və burada Xan dövrünün memarlığı, divar rəsmləri və tarixi interyer qorunur.

Kiş Alban məbədinə giriş təxminən 5–8 manat təşkil edir və bu məkan Qafqaz Albaniyası dövrünə aid qədim dini abidədir. 

Qobustan Dövlət Tarix-Bədii Qoruğunda giriş bileti isə orta hesabla 10 manat civarındadır və burada qayaüstü rəsmlər, qədim insan yaşayış izləri və açıq hava arxeoloji muzeyi təqdim olunur.

Gülər Həsənli
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 May 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri