Icma.az
close
up
RU
Azərbaycanda enerji meneceri sahəsində peşəkar baza formalaşır Pərviz Şahbazov

Azərbaycanda enerji meneceri sahəsində peşəkar baza formalaşır Pərviz Şahbazov

525.az saytına istinadən Icma.az xəbər verir.

"Artıq ölkə üzrə 115 enerji meneceri təyin edilib və bu sahədə peşəkar baza formalaşmaqdadır".

525.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov özünün sədrliyi ilə keçirilən 2026-cı ilin ilk yarımilliyinə dair kollegiya iclasında bildirib.

Kollegiya iclasında Nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının nümayəndələri iştirak ediblər.

Kollegiyanın sədri enerji səmərəliliyinin ölkənin strateji prioritetlərindən biri olduğunu vurğulayaraq bu sahədə görülən işlərə diqqət çəkib.

Nazir qeyd edib ki, Azərbaycanda enerji səmərəliliyinə özəl investisiyaların cəlb edilməsi üçün ESCO mexanizminin tətbiqi, yeni tikilən binalarda enerji səmərəliliyi amilinin nəzərə alınması və beynəlxalq təcrübədən istifadə bu istiqamətdə daha uğurlu nəticələrin əldə olunmasına töhfə verir.

İclasda "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqindən irəli gələn tapşırıqların icrasına dair hesabat təqdim olunub. Bildirilib ki, binalarda enerji effektivliyi üzrə pasportlaşdırmanın hüquqi əsasları formalaşdırılıb, pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması isə yekunlaşmaq üzrədir. Platforma binaların enerji effektivliyi göstəriciləri barədə vahid məlumat bazasının yaradılmasına, pasportlaşdırma prosesinin operativliyinin artırılmasına imkan verəcək. Bununla yanaşı, ölkədə enerji idarəçiləri institutunun genişləndiyi qeyd olunub.

Həmçinin vurğulanıb ki, enerji səmərəliliyi mövzusunda geniş miqyaslı maarifləndirmə kampaniyası aparılır, müvafiq məzmunlar həm sosial şəbəkələr, həm də digər vasitələrlə bir milyondan çox vətəndaşa çatdırılıb və bu istiqamətdə işlər davam etdirilir.

Gündəliyə uyğun olaraq energetika naziri cari ilin ilk altı ayı ərzində regionlarda keçirilən vətəndaş qəbulları barədə məlumat verib. Bildirilib ki, daxil olmuş 100-dən çox müraciətə baxılması tam yekunlaşdırılıb: vətəndaşların müraciətləri həll edilib və ya onlara müvafiq izahatlar verilib.

İclasda həmçinin nazirlik qarşısında qoyulmuş tapşırıqların icra vəziyyəti barədə məlumat təqdim edilib, müzakirə olunan məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Oktyabr 2026 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see642

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see549

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see300

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see277

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see274

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see263

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see263

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see263

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see234

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see232

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see231

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see231

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see231

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see228

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see227

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see226

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see224

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see221

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri