Icma.az
close
up
RU
Azərbaycanda əsgərliyi pulla almaq mümkün olacaq?

Azərbaycanda əsgərliyi pulla almaq mümkün olacaq?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan parlamenti hərbi xidmətlə bağlı qanuna dəyişikliyi təsdiq edib.

Bu dəyişikliyə əsasən, 27 yaşına çatan və bu vaxta kimi hərbi xidmət keçməkdən yayınmış şəxslər müəyyən məbləğ ödəməklə cinayət məsuliyyətindən yayınmaq imkanına malikdirlər.
Onlara 5 seçim təklif olunacaq:

- 2 il xidmət etmək;
- 1 il xidmət etmək və 2,5 milyon dram (6 200 dollar) ödəmək;
- 6 ay xidmət etmək və 5 milyon dram (12 400 dollar) ödəmək ;
- 1 ay xidmət etmək və 10 milyon dram (24 800 dollar) ödəmək;
- Ümumiyyətlə hərbi xidmət etməmək və 15 milyon dram (39 400 dollar) ödəmək.

Qeyd edək ki, alternativ hərbi xidmət qonşu Türkiyədə də tətbiq olunur və hazırda bu növ həbi xidmətlə bağlı ödənişin məbləği 333.089,04 TL təşkil edir. Burada 20 yaşı tamam olmuş vətəndaşlar 28 gün müddətində hərbi xidmət keçirlər.

Azərbaycanda da alternativ hərbi xitmət tətbiq edilə bilərmi?

Məsələ ilə bağlı hərbi-ekspert Üzeyir Cəfərov “Cebheinfo.az”-a bildirib ki, biz Qarabağ məsələsini həll etsək də hələ hərbi sahədə bəzi qanunvericilikdə dəyişiklik etməmişik:

“Yəni “Alternativ xidmət haqqında” qanun qəbul eməmişik. Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya ilə Mübarizə Komitəsi güc strukturları ilə bu məsələ üzərində işləməlidir. Biz mütləq “Alternativ xidmət haqqında” qanunu qəbul etməliyik.

Qardaş Türkiyədə bu sistem tətbiq olunur. Bizdə belə məsələlərə ehtiyatla yanaşırlar. Ancaq qanunvericiliyi təkmilləşdirmək, müasir tələblərə uyğunlaşdırmaq lazımdır. 

Ona görə bizdə də bu mümkündür. Türkiyədə, Pakistanda və digər inkişaf etmiş ölkələrdə nə mütərəqqi məsələlər varsa, biz onları ölkəmizdə də tətbiq edə, ən azından müzakirələr aça bilərik.

Ermənilər ödənişli əsgərliklə bağlı varianta əl atıblar və  mən onu alqışlayıram. Yəqin əsaslandırılmış arqumentləri var ki, bu addımı atıblar. Bizdə də bu tətbiq edilməlidir. 

Onu da qeyd etmək lazımdır ki, bizdə bəzi gənclər elmə, yaxud mədəniyyətə meyillidir. Niyə biz onları məcburən 1-1,5 il hərbi xidmətə cəlb etməliyik? Onlar ödənişli, müəyyən müddət hərbi xidmətdə olsalar, sonra da öz sevdiyi sahədə peşəsini davam edirsələr daha yaxşı olar.

Dünyadakı mütərəqqi olan hər bir amildən gənclərimiz üçün istifadə etməliyik. Çünki hər bir xalqın gələcəyi onun savadlı gənclərində, cəmiyyətindədir.

Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Azərbaycanda hərbi qanunvericilik təkmilləşdirilməlidir, liberallaşdırılmalıdır və inkişaf etdirilməlidir. Hazırda müharibədən 6 il keçir, ancaq hələ də bu barədə düşünülür.

Bu da xeyli vaxt itkisinə gətirib çıxarır. Biz qanunlarımızı daha sürətlə, müasir tələblərin irəli sürdüyü şərtlər əsasında hazırlayıb və öz cəmiyyətimizə təqdim etməliyik”.  

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: əsgərlik Üzeyir Cəfərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Fevral 2026 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri