Icma.az
close
up
RU
Dəniz gözlü şahzadənin bitməyən əsgərliyi: Hər kəsi canından bezdirib (FOTO)

Dəniz gözlü şahzadənin bitməyən əsgərliyi: Hər kəsi canından bezdirib (FOTO)

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünyada ən çox maraq doğuran kral ailəsi üzvü deyildikdə, ağıla dərhal Bukingem sarayı və Muntbatten Vindsor ailəsi gəlir: Keyt Middleton, şahzadə Uilyam, Kral Çarlz, kraliça Kamilla və başqaları. Lakin son illərdə onların bu sahədə ciddi bir rəqibi yaranıb -  xüsusilə də Uels şahzadəsi Keyt Middleton üçün. Bu rəqib yaşı daha az olsa da, gördüyü maraq baxımından bəzən Keyt Middletonu belə kölgədə qoyan biri: İspaniya vəliəhdi şahzadəsi Leonor.

Taxta çıxacaq, amma əvəzini indi ödəyir

Qaynarinfo xəbər verir ki, artıq 19 yaşına çatmış şahzadə Leonor gələcəkdə atası Kral Felipenın yerinə taxta çıxacaq. Amma bu statusun bədəli də az deyil. Uşaqlıqdan etibarən sərt protokol qaydalarına tabe olan Leonor son iki ildir ki, hərbi xidmətdədir.

Əvvəlcə quru qoşunlarında xidmət edən Leonor daha sonra dəniz qüvvələrinə keçib və son altı ay ərzində "Jan Sebastian El Kano” adlı təlim gəmisində xidmət edib. Hazırda ölkəsinə qayıdan şahzadə yaxın vaxtlarda daha bir təlim gəmisi ilə dəniz qüvvələrində fəaliyyətini davam etdirəcək. Növbəti mərhələdə isə onu hava qüvvələrində hərbi təlim gözləyir.


Xidmət uzandıqca gərginlik artır

Leonor hərbi xidmətini davam etdirdikcə, atası Kral Felipenın narahatlığı da artır. Çünki gözəl vəliəhdin həyatı hər zamankından daha çox diqqət mərkəzindədir. Onun atdığı hər addım, etdiyi hər çıxış daha yaxından izlənilir.

Bu isə Leonorun təhlükəsizliyini təmin etməyi gündən-günə çətinləşdirir. Vəziyyət kral ailəsinin təhlükəsizlik komandasını da çıxılmaz duruma salıb.

İspan mətbuatının məlumatına görə, kral Felipe, qızının hava qüvvələrindəki təlimi dövründə onu müşayiət edəcək təhlükəsizlik heyətinin sayını artırmaq qərarı verib.

Təhlükəsizlik heyəti artıq tükənib

Şahzadənin təhlükəsizliyini təmin edən şəxslərə yaxın mənbələr bildirirlər ki, komanda artıq bu işdən bezib. Leonoru qorumaq üçün uzun müddət evlərindən uzaqda qalır, qeyri-müəyyən saatlarda işləyirlər. Eyni zamanda, mətbuatı izləmək, onu təqib edən jurnalistlərə nəzarət etmək və mümkün təhlükələri önləmək üçün daim ayıq qalmaq məcburiyyətindədirlər.

Bu vəziyyət təhlükəsizlik komandasının üzvləri üzərində dözülməz psixoloji və fiziki təzyiqlər yaradıb.


Hava qüvvələrində daha çətin şərait

Ən çətin mərhələ isə Leonorun İspaniyanın Hava və Kosmos Akademiyasındakı təlimi olacaq. Orada gəmidə olduğu kimi sərbəst hərəkət etmək mümkün deyil. Gənc şahzadə daha sıx və açıq mühitdə fəaliyyət göstərəcək və bu da təhlükəsizlik risklərini artırır.

Məhz buna görə də kral Felipe, qızını müşayiət edəcək yeni təhlükəsizlik heyətinin peşəkar təhlilini tələb edib. Nəzərdən keçirilən tədbirlər arasında rotasiya sistemi, hava şəraitində təcrübəli mütəxəssislərin cəlb olunması və nəzarətin daha effektiv aparılması üçün inkişaf etmiş texnologiyaların tətbiqi də yer alır.

Mümkün qədər diqqətdən uzaq saxlanılacaq

Bütün bu daxili dəyişikliklərlə yanaşı, kral sarayının planladığı digər addım isə şahzadə Leonorun ictimaiyyət qarşısında görünməsini müvəqqəti məhdudlaşdırmaqdır. Leonor təlimlərini adi bir tələbə kimi davam etdirəcək, lakin xüsusilə təlim gəmisi "San Xavyer"dəki ilk aylar ərzində ictimai tədbirlərdə iştirakı minimuma endiriləcək.

Qeyd edək ki, şahzadə Leonor qız övladı olsa da, vəliəhd statusuna malik olduğu üçün bu hərbi təlimləri keçmək məcburiyyətindədir. Gənclik illərində onun atası kral Felipe də orduda eyni yolla keçib.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 İyun 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri