Icma.az
close
up
RU
Azərbaycanda eşşək fermasını buna görə yaratmaq istəyirlərmiş Eyyub Hüseynov AÇIQLADI

Azərbaycanda eşşək fermasını buna görə yaratmaq istəyirlərmiş Eyyub Hüseynov AÇIQLADI

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Körpələr yeni doğulduqdan sonra valdeynlər tərəfindən qidalanmanın təmin edilməsi üçün körpə qidaları alınır. Lakin son illərdə bu məhsulların qiymətində ciddi artım müşahidə olunur.

Bəs qiymət artımı əsasən nə ilə bağlıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan  Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Azərbaycan yeganə ölkələrdən biridir ki, uşaq dünyaya gələn kimi uşağa ilk olaraq süni qida verilir:

"Bu ayın əvvəlində UNICEF - Beynəlxalq Uşaq Fondu Azərbaycanda böyük, 3 günlük yığıncaq keçirdi. Azad İstehlakçılar Birliyi Beynəlxalq Ana Südü ilə Əmizdirmə Təşkilatının üzvüdür. Özüm də tədbirdə çıxış etdim və bir neçə məsələ təhlil edildi. Hələ 8 il əvvəlki çıxışlarımda qeyd olunurdu ki, Azərbaycanda ana südü ilə əmizdirmə faizi 44-45 faiz arasındadır. Lakin ölkənin baş pediatrının çıxışı göstərdi ki, bu rəqəm 28 faizə düşüb. Ana südü ilə əmizdirmə faizi aşağı düşdükcə, əlbəttə, körpə qidalarına tələb artır və qiymət qalxır. Hal-hazırda bir qutusu 120 manat olan uşaq yeməkləri var. Getdikcə ana südü ilə əmizdirməkdən uzaqlaşma gedir. Dünyada ana südü ilə əmizdirmə faizinə görə birinci yerdə Hindistandır".

Müsahibimiz qeyd etdi ki, bu hallar pediatrların mənfur hərəkətlərindən əmələ gəlir.

"2001-ci ildə erkən yaşda körpələrin qidalandırılmasına dair qanun qəbul olunub. Bu qanunda körpə qida distributorları ilə pediatrların sponsorluğu qadağan olunub. Lakin biz pediatrları hər yerdə görürük. Azərbaycan yeganə ölkələrdən biridir ki, uşaq dünyaya gələn kimi uşağa ilk süni qida verilir. Bunu isə pediatrlar edir. Uşaq süni qidanı qəbul etdikdən sonra, anaya yaxın durmur. Beynəlxalq normalara görə, uşaq ananın sinəsi üzərinə qoyulmalıdır. Uşaq ağlayanda ananın ağlına ilk süd gəlməlidir ki, uşağım acdır. Beynəlxalq qaydalara əsasən, körpə qidaları anaların gözü görən yerdə, açıq satılmamalıdır. Amma Azərbaycanda satış açıq formada həyata keçirilir. Belə bir vəziyyətdə körpə qidalarına üstünlük verilməsi qiyməti artırır. Təəssüf ki, Azad İstehlakçılar Birliyi pediatrlarla körpə qida disturbuterlərinin əlaqəsini kəsə bilmir. Pediatrların və körpə qida distributorlarının izini biz doğum evlərində əyani görə bilərik. Onlar sponsorluqla körpə güşələri yaradıblar. Təəssüf ki, bu işlər gizli formada həyata keçirilir. Pediatrlara verilən pullar körpə qidalarının üzərinə gəlir".

E.Hüseynov qeyd etdi ki, bu hal Azad İstehlakçılar Birliyini çox narahat edir.

"Azad İstehlakçılar Birliyini çalışır ki, UNICEF ilə daha əlaqəli fəaliyyət göstərsin. Bu ölkədə ana südü ilə qidalanma faizini artırmaq lazımdır. Ana südü ilə qidalanmama elə bir hala gəlib çatıb ki, 4 il bundan əvvəl Azərbaycanda eşşək ferması yaratmaq fikrində idilər. Təbliğat aparılırdı ki, güya eşşək südü ana südünü əvəz edir. Azad İstehlakçılar Birliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birgə çalışaraq, eşşək fermasının açılmasının qarşısını aldılar. Bu, yolverilməzdir. Analar körpələrini ana südü ilə əmizdirməlidir. 6 ay müddətində su verməyə ehtiyac yoxdur. Beynəlxalq kodeksdə göstərilir ki, ana bətnində bioistehsal elə gedir ki, yay aylarında süd durulaşır, su artır. Hətta yay aylarında belə körpələrə su verməmək olar",- deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Mart 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri