Icma.az
close
up
RU
Saxta ehtiyat hissələri sürücülərə və ölkəyə necə zərər vurur? EYYUB HÜSEYNOV AÇIQLADI VİDEO

Saxta ehtiyat hissələri sürücülərə və ölkəyə necə zərər vurur? EYYUB HÜSEYNOV AÇIQLADI VİDEO

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda artıq uzun illərdir avtomobil ehtiyat hissələri bazarında mənşəyi məlum olmayan məhsullar tüğyan edir. Bunun qarşısı isə nə aidiyyəti qurumlar tərəfindən alınır, nə də mütəxəssislərin etdiyi xəbərdarlıqlara məhəl qoyulur.

Avtosfer.az xəbər verir ki, 34 ilə yaxın müstəqillik dövrümüzdə ölkəyə gətirilən hər yeni model avtomobil özü ilə yeni ehtiyat hissələrinin də bazarlara ayaq açmasına səbəb olur. Lakin bu ehtiyat hissələri öz keyfiyyəti və vətəndaşa münasibliyi baxımdan heç də əlverişli sayılmır. Bununla bağlı dəfələrlə əhali arasında maarifləndirmə işləri görülsə də, sahibkarlar yenə də sürücüləri aldatmağı bacarır.

Belə ki, saxta ehtiyat hissələri original ehtiyat hissələrinə xeyli bənzəyir, bir çox hallarda hətta saxta ehtiyat hissələrinin üzərində belə original versiyadakına oxşar etiket, holoqram olur. Sürücülər ölkəmizdəki rəsmi dilerlərdən almalı olduğu məhsulları daha ucuz qiymətə bazarlarda, ehtiyat hissələri mağazalarında satılan ehtiyat hissələrə dəyişir.

Mövzu ilə əlaqədar Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov əməkdaşımızın suallarını cavablayıb:

- Saxta ehtiyat hissələri bazara necə daxil olur?

- Saxta avtomobil ehtiyat hissələri bazara çox rahat daxil olur. Ona görə ki, Azərbaycan hökuməti biznes qurumalrı üçün son dərəcə rahat, toxunulmazlıq şəraiti ayradıb: Biznes qurumlarında yoxlama, araşdırma aparmaq olmaz. Biznes qurumları da bu şəraitdən sui-istifadə edir. Hökumətin onlar üçün yaratdığı vəziyyəti düzgün qiymətləndirmirlər. Dövlətin digər qanunlarını, məslən istehalkçıların hüquqları ilə bağlı olan qanunlarını pozurlar. Təəssüflər olsun ki, avtomobil hissələrinin çoxluğu, bu hissələri araşdıra bilmək üçün mütəxəssis çatışmazlığı bu problemin həlli istiqamətində çətinlikləri üzə çıxarmış olur. Gömrük orqanları da bu məsələdə ölkədəki rəsmi dilerlərlə əməkdaşlıq çərçivəsində işləmir. Buna görə də bazar xaos içindədi. Bununla əlaqədar birliyimizə çoxlu şikayətlər daxil olur, saxta ehtiyat hissələri ilə qarşılaşan vətəndaşlar narazılığını bildirir və onlara satılan saxta məhsulları ofisimizə toplayırlar.

- İstehlakçılar məhsulun orijinal olub-olmadığını necə müəyyən edə bilər? Baxırsan ki, məhsul eyni formada, eyni qablaşdırmadadır. Satıcı deyir, orijinaldır. Bəs necə inanaq?

- Azərbaycan bazarı bu sahədə yeganə ünvandır ki, burada satıcılar açıq şəkildə müştərilərdən saxta, yoxsa original məhsul istədiklərini soruşurlar. Bir qayda olaraq qeyri-orijinal məhsullar orijinallardan ucuz olur. Üstəlik satıcılar bu saxta malları elə tərifləyirlər ki, sürücülər o malın orijinalı ilə fərqi olmadığına inanır və alır. Alıcılar original məhsullarla saxtasını ayırd edə bilmir. Azad İstehlakçılar Birliyi olaraq, biz ehtiyat hissələrini yalnız ötənildən tədqiq edə bilmişik. Ofisimizdə belə məhsulların nümunələri var. Mən sizə bunu necə etmək lazım gəldiyini göstərəcəm. Çoxsaylı avtomobil modeli və onların ayrılıqda hissələrini tədqiq etmək çox çətindir. Ehtiyat hissələri ilk baxışda visual olaraq bir-birindən fərqlənmir, lakin tərəziyə qoyduqda bəzi malların saxta olduğu üzə çıxır. Şəhəri gəzərkən görürrük ki, obyektin üzərinə “avtomobil hissələri” yazılıb. İstehlakçı haradan bilsin ki, bura rəsmi yerdir, ya yox?! Həmin mağazadan məhsul alır və aldanır. Hansı ki, ehtiyat hissələri mağazasının adında avtomobil istehsalçısı olan firmanın adı varsa, onun adını oradan götürmək lazımdır. İstehlakçıları ən çox aldadan da məhz mağazaların divarlarına yazılan həmin elanlardır.

- Azad İstehlakçılar Birliyi saxta ehtiyat hissələri ilə bağlı hansı araşdırmaları aparır? İndiyə qədər ortaya hansı faktlar çıxıb?

- Baxmayaraq ki, bütün avtomobil ehtiyat hissələri ilə bağlı analoji hallar müşahidə edilir. Lakin biz bir model üzərində araşdırma apara bilmişik. Bizə bir çox şikayətlər daxil olur. Hətta saxta malın üzərinə etiket də yapışdırıb original mal kimi təqdim edirlər. Xüsusən avtomobil bazarları yaxınlığındakı ehtiyat hissələri mağazalarında satış həyata keçirilərkən rəsmi kassa çeki vermirlər, bunun nümunələri də mövcuddur. Bu cür saxta ehtiyat hissələri istehlakçılara təkcə maliyyə ziyanı vurmaqla kifayətlənmir. Avtomobillərdə ciddi problem yarada və qəza baş verməyinə səbəb ola bilər. Bütün bu mövzularla əlaqədar dövlət orqanları qarşısında məsələ qaldırdıq, hazırda Birliyimizin qaldırdığı məsələ ilə əlaqədar məhkəməyə müraciət edilib.

- Saxta ehtiyyat hissələrindən əziyyət çəkən şirkətlərdən biri də "Toyota"dır. Bu modelin qeyri-orijinal ehtiyat hissələrini alan sürücülər nə kimi problemlərlər üzləşir?

- Mənə digər avtomobillərin ehtiyat hissələrinin bazarda saxta nümunələrinin satılması ilə bağlı zənglər gəlir, şikayət edirlər, vətəndaşlardan istəyimiz budur ki, bu mövzuda könüllü olaraq bizə qoşulub araşdırmalar aparmaqda kömək etsinlər.

- Bu cür məhsulların bazardan yığışdırılması yaxşı olar yoxsa qeyri-orijinal olduğunu gösərən qablaşdırmada olması məsləhətdir? Yəni, deyək ki, "Toyota" loqosu olan qablaşdırmada satmasın, adi karton qutuda satsınlar, alan da bilsin ki, aldığı məhsul orijinal deyil.

- Birmənalı şəkildə saxta ehtiyat hissələrinin satışı qadağan olunmalıdır. Bu satışı həyata keçirənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu fəaliyyətə nəzarət edən qurum əvvəllər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti idi. Keçən il bizi çox məmnun edəcək bir hadisə baş verdi. Cənab Prezidentin fərmanı ilə adını çəkdiyim qurum birbaşa prezidentə tabe olan agentliyə çevrildi. Mən çox ümid edirəm ki, bu yenidən formalaş qurum öz işinə daha diqqətli yanaşacaq və bundan sonra Azərbaycanın qapısından saxta avtomobil hissələri keçməyəcək. Gömrük orqanları bu məqamda rəsmi dilerlərlə və ekspertlərlə sıx əməkdaşlıq şəraitində işləməlidirlər. Gömrükdəki yoxlamalar zamanı yüklər açılarkən ekspertlər və dilerlərlə birlikdə həmin mallara baxış keçirməlidirlər. Bunun nəticəsində də sahibkarlar saxta malları Azərbaycana daşıya bilməyəcək.

- Eyyub bəy, bazarda məşhur şirkətlərin loqosu ilə satılan ehtiyat hissələrinə qarşı necə mübarizə aparmaq olar? Hansı qurumlar nəzarət etməlidir?

- Birinci növbədə, dediyim kimi, bu məsələ Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məsuliyyət çərçivəsindədir. İstehlakçılar belə saxta məhsullara rast gəldikdə, adı çəkilən qurumun 195 və 0125997600 qaynar xəttinə məlumat verməlidirlər. Saxta ehtiyat hissələrinin satışını gerçəkləşdirən sahibkarlar bu əməldən əl çəkməlidir. Bu hərəkətlə onlar vətəndaşların həyatında, sağlanmlığında mənfi izlər qoyurlar və bu cinayətdir. Eləcə də Azərbaycan bazarı belə məhusllara görə zibillənir. Alıcılar da bu mövzuda fəallıq göstərməlidirlər. Çalışmalıdırlar ki, saxta məhsulu orijinaldan ayırd etməyi öyrənsinlər. Nazirlər Kabinetinin 95 saylı əmrinə əsasən ölkədə satılan bütün məhsulların orijinallığını təsdiq edən müvafiq sənəd olmalıdır. İstehlakçılar satıcılardan həmin sənədi tələb etməlidirlər.

Səfər Əlizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:381
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 Fevral 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri