Icma.az
close
up
RU
Azərbaycanda eşşək əti niyə yeməli ət hesab olunub? Eyyub Hüseynov: Ermənilər hazırlayıb

Azərbaycanda eşşək əti niyə yeməli ət hesab olunub? Eyyub Hüseynov: Ermənilər hazırlayıb

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Yasamal rayonunun A.M.Şərifzadə küçəsində fəaliyyət göstərən məntəqələrdən birində mal əti adı altında satışa çıxarılan ətlərdən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində camış və at DNT-ləri aşkarlanıb.

Qeyd edək ki, ölkəmizdə bu kimi hallara çox rast gəlinir. Bəs bunun əsas səbəbləri və həll yolları nələrdir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, ölkədə heç bir ətin satışına qadağa yoxdur.

"İt, at, eşşək, pişik və sair hər növ ət satıla bilər. Bu, anormal haldır. Mütləq ənənəvi olmayan ətlərin satışına qadağa qoyulmalıdır. Bu mövzu ilə bağlı Nazirlər Kabinetinin və ya Qida Təhlükəsizlik Agentliyinin sənədi olmalıdır. Dövlət orqanları bildirirlər ki, sadəcə olaraq istehlakçını aldatmamaq üçün ətin üzərinə nə əti olduğu yazılmalıdır. Bundan böyük bir tələb, təəssüf ki, yoxdur. Bu boşluqdan istifadə edən satıcılar istədiklərini edirlər. Bəzən də at ətini, eşşək ətini mal ətinə qarışıq satırlar və sair".

Ekspert qeyd etdi ki, biznes qurumları üçün hökumət qeyri-adi bir toxunulmazlıq şəraiti yaradıb:

"Bu haldan isə sui-istifadə edilir. Qanunlarda boşluqlar var. Azad İstehlakçılar Birliyinin ofisində bir kitab var. 1963-cü ildə nəşr olunub. Bütün SSRİ xalqları arasında təkcə Azərbaycanda eşşək əti yeməli ət hesab olunub, qiyməti və növləri qeyd olunub. Sonradan aşkar olundu ki, bu, ermənilər tərəfindən hazırlanıb. Hal-hazırkı vəziyyət ermənilərin dəyirmanına su tökən biz vəziyyətdir. Mütləq dəyişiklik olmalıdır".

Müsahibimizin sözlərinə görə, bu ətləri bir-birindən ayırmaq əhali üçün asan deyil:

"Məsələn, atın sümüksüz əti, mal ətinə qarışdırılıb satıla bilər. Hökumət hər şeyi biznes qurumlarının vicdanına buraxıb. İstehlakçıların bir hüququ da var, bu mal haqqında informasiya almaq hüququdur. Malların sənədləri olmalıdır. Lakin Azərbaycanın əmtəə bazarında satılan malların ümumilikdə götürsək, heç 80 faizinin sənədi yoxdur. İstehlakçı ət alanda sənədi tələb etsə, sənəddə at, it və sair ətdir yazılmayacaq. İstehlakçı bilməlidir ki, at əti qırmızı olur. Spesifik dad verir. Camış ətində qabırğalar xeyli enli olur. Rəngi isə nisbətən ağ olur. Camış əti əslində mal və dana ətindən üstün bir ətdir. Lakin ətin üzərində camış əti olduğu satıcı tərəfindən yazılmalıdır", - deyə Eyyub Hüseynov bildirdi.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Fevral 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri