Icma.az
close
up
RU
Azərbaycanda ət BAHALAŞIB YENİ QİYMƏTLƏR

Azərbaycanda ət BAHALAŞIB YENİ QİYMƏTLƏR

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda bu il ət və ət məhsullarının qiymətində artım baş verib.


Sfera.az xəbər verir ki, 2024-cü ilin geridə qalan dövrü ərzində mal, qoyun, toyuq ətləri və onların hissələrinin qiymətində fərqlər görünür. 


Ən çox qiymət artımı mal və qoyun ətində qeydə alınıb. 


Bu ilin yanvarında mal ətinin bir kiloqramının orta qiyməti 13,5 manat idi. Amma noyabrın sonunda orta qiymət 14,5 manatı ötüb. 


Qoyun ətinin qiymətində də ciddi fərq var. İlin əvvəlində bir kiloqramı orta hesabla 16 manat olan qoyun əti dekabrın əvvəlində 18 manata satılıb.  


Qeyd edək ki, həm mal, həm də qoyun ətlərində çeşidə görə qiymət fərqi böyükdür. Belə ki, cavan və erkək heyvanların ətləri daha baha satılır. Əhali arasında da belə heyvanların ətinə tələb daha böyükdür. Dekabrın əvvəlində cavan və erkək iribuynuzlu heyvanın ətinin qiyməti 15,5-16 manat, quzu ətinin qiyməti isə 20 manat olub. 


Mal və qoyun ətinin bahalaşması əhalidə toyuq ətinə tələbi artırıb. Buna görə də 2024-cü ildə toyuq əti də bahalaşıb. İlin əvvəlində kiloqramının qiyməti orta hesabla 5,8 manat olan toyuq əti dekabrın əvvəlində 6,1 manata satılıb. Müqayisə edilən dövrdə toyuq filesinin qiyməti 8,9 manatdan 9,2 manata, toyuq budunun qiyməti 4,6 manatdan 4,8 manata yüksəlib. 


Dekabrdakı ilkin qiymət müşahidələri göstərir ki, mal, qoyun və toyuq ətinin qiymətində artım ilin sonuncu ayında da davam edəcək.Dekabrın bayram ayı olması da qiymətlərin artmasını bir qədər gücləndirəcək. 


Vasif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://sfera.az
archiveBu xəbər 14 Dekabr 2024 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri