Icma.az
close
up
RU
Azərbaycanda ət ucuzlaşa bilər SƏBƏBİ BUDUR

Azərbaycanda ət ucuzlaşa bilər SƏBƏBİ BUDUR

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan satışı bazarı biotəhlükəsizlik tələblərinə uyğun şəkildə yenidən qurularaq fəaliyyətini bərpa edib. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumata görə, bazarda baytarlıq nəzarəti gücləndirilib, dezinfeksiya və sanitariya tədbirləri təmin olunub. Bundan başqa, heyvanlara baxış platformaları inşa edilib. Çardaqlar və satış pavilyonları qurulub. Ərazidə asfaltlama və betonlama işləri görülüb. Heyvan rifahı üçün su və yemlə təminat yaxşılaşdırılıb. 

Tullantıların daşınması və digər tələblərə uyğun şərait yaradılıb. Bəs bu, ət qiymətlərinə necə təsir edəcək? Bayramqabağı ət ucuzlaşa bilərmi, eləcə də digər bazarlar nə vaxt açılacaq? 

Mövzu illə bağlı “Cebheinfo.az”-a danışan İqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, ət bazarlarının uzun müddət bağlı qalması fermerlərə ciddi zərbə vurub. Onun sözlərinə görə, məhz Aran zonasının ən böyük heyvan bazarının fəaliyyətinin bərpa olunması vəziyyətin nə qədər ciddi olduğunu göstərir: 

“Azərbaycanda hazırda 33 topdansatış ət bazarı var. Bu bazarlar karantin tədbirləri adı altında  Qida Təhlükəsizliyi Agentliyinin qərarı ilə bağlanıb. 25 oktyabr tarixində bağlanan bazarlardan biri istisna digərləri bu günədək hələ də açılmayıb. Dabaq xəstəliyinin karantin müddəti 21, maksimum halda isə 30 gündür. Bundan artıq karantin müddətinin tətbiq olunması nə hüquqi baxımdan, nə də beynəlxalq standartlara əsasən mümkündür. 

Amma artıq ikinci ayın tamam olmasına az qalıb, Aran zonasının ən böyük heyvan bazarı sayılan Bərdə heyvan bazarı indi açılır. Bu, Azərbaycan hökumətinin heyvandarlıqla məşğul olan fermerlərə vurduğu böyük zərbədir. Məhz bu zərbənin təsirindən fermerlərin yarıdan çoxu heyvanlarını sataraq qısa müddətdə bu sahədən uzaqlaşıb və başqa işlərlə məşğul olmağa məcbur qalıb. Çünki fermerlər gördülər ki, bazardan tam asılı vəziyyətdədirlər. 

Hökumət bazarı bağlandıqda onların işi də dayanır. Nəticədə, fermerlər normalda 300 manata satdıqları qoyunu və kəsimə hazır olan toğlunu 120-150 manata satmağa məcbur qalırlar. Bu satışlar əsasən bazar dəllalları vasitəsilə, gəlib qapıdan almaqla həyata keçirilir. Yəni fermerlərin isə başqa çıxış yolu yoxdur. Bazarın diqtə etdiyi şərtlərlə razılaşmaq məcburiyyətində qalırlar”. 

İqtisadçı qeyd edib ki, qısa müddətdə, xüsusilə Yeni il ərəfəsində ətin ucuzlaşması mümkündür: 

“Hazırda fermerlər əlində olan bütün heyvanlarını birdəfəlik sataraq bu sahədən tamamilə uzaqlaşmaq istəyirlər. Azərbaycanda ət bazarı belədir ki, bir qrup fermer heyvanları örüşlərdə bəsləyir, böyüdür və daha sonra bazara çıxarır. Onların satdığı heyvanları adətən birbaşa Bakıya aparanlar almır. 

Bu heyvanları əsasən yerli camaat alır, müəyyən müddət bəsləyir, kəsimə hazır vəziyyətə çatdırır və yenidən bazara çıxarırlar. Daha sonra isə Bakıya heyvan gətirən iş adamları bu heyvanları alaraq qəssablara satır, qəssablar isə kəsim aparıb əti istehlakçılara təqdim edirlər. Bazarların bağlanması bütün bu zənciri iflic edir.

Bundan isə ən çox zərər çəkən o iki qrupdur, yəni həm heyvanları örüşlərdə bəsləyənlər, həm də qapalı şəraitdə saxlayan fermerlər. Onlar bu fəaliyyəti kommersiya məqsədi ilə həyata keçirir, yəni gəlir əldə etmək istəyirlər. Lakin qazanc olmadığını gördükdə gözləmək istəmirlər. Məsələn, fermer düşünür ki, onun 100 hektar torpağı varsa, həm heyvanlarını satacaq, həm də həmin torpaqda pambıq, taxıl, yonca və ya başqa məhsul əkərək gəlir əldə edəcək. 

Çünki bazardan asılıdır və bazar bağlandıqda fəaliyyəti dayanır. Bərdə bazarından sonra digər heyvan bazarları da açılacaq. Ölkədə ümumilikdə 33 heyvan bazarı var. Onların əksəriyyəti zəif bazarlardır, xüsusilə Bakı ətrafında yerləşənlər. Rayonlarda yerləşən bazarların isə yalnız az bir qismi fəaliyyətini bərpa edib. Digər bazarlar da açıldıqca, bu bazarlara külli miqdarda heyvan çıxarılacaq ki, bu da qısa müddətdə ətin qiymətinin ucuzlaşmasına səbəb olacaq. 

Amma növbəti mərhələdə, məsələn, 3–5–6 ay sonra Azərbaycanda ət yenidən bahalaşacaq. Çünki yerli istehsalla məşğul olan insanların sayı azalır. Söhbət əsasən yerli ətdən gedir. Hazırda yerli ətin bazardakı mövqeyini getdikcə daha çox idxal əti tutur. İdxal əti müəyyən qədər ucuzlaşa və bazarda mövqe qazana bilər. Ancaq yerli ət yenidən bahalaşacaq”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: ət Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see352

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see350

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see286

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see281

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see236

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see234

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see227

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see209

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see209

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see193

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see193

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see192

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see185

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see182

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see182

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see178

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see172

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see171

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see170

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri