Icma.az
close
up
RU
Azərbaycanda ətin bahalaşma səbəbləri... “Qiymətlərin stabilləşməsi üçün tələbat aşağı düşməlidir”

Azərbaycanda ətin bahalaşma səbəbləri... “Qiymətlərin stabilləşməsi üçün tələbat aşağı düşməlidir”

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər Azərbaycanda ət məhsullarının qiymətində həm paytaxtda, həm də bölgələrdə artım müşahidə olunur. Həmçinin sosial şəbəkələrdə payız mövsümündə ətin qiymətlərinin rekord səviyyədə bahalaşacağı ilə bağlı məlumatlar dərc olunur.

Bizimyol.info xəbər portalına danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, qiymətlərin stabilləşməsi üçün tələbatın aşağı düşməsi lazımdır: “Ölkədə ətin bahalaşması davam edir. Bunun əsas səbəblərindən biri bahalaşan ətin qiymətləri fonunda istehlakın azalmamasıdır, əksinə artmasıdır. Qiymətlərin stabilləşməsi üçün tələbatın aşağı düşməsi lazımdır. Lakin artan qiyməti əhali qarşılaya bilir və əhalinin alıcılıq qabiliyyətinin artması artan qiymətlərdə əsaslandırır və yeni bazar tarazlıqları formalaşdırır. Qiymətlərin artmasının digər səbəbi saxlanılan heyvanların sayında kəskin azalmadır. Əgər 2021-ci ilin yanvar ayı ilə, 2025-ci ilin iyul ayını müqayisə etsək, burda həm iribuyunuzlu heyvanların, həm də xırdabuynuzlu heyvanların sayında azalma var. Əgər 2021-ci ilin yanvar ayında ölkədə iribuynuzlu heyvan sayı 2 mln 651 min idisə, 2025-ci ilin iyulunda bu rəqəm 7,4 % azalaraq 2 mln 454 min baş olub. Əgər 2021-ci ilin yanvarında ölkədə saxlanılan xırda buynuzlu heyvanların sayı 8 mln 90 min baş idisə, 2025-ci ilin iyulun 1-də bu rəqəm 15 % azalaraq 6 mln 887 min baş olub.

Ölkədə saxlanılan heyvanların sayının kəskin azalması bazara çıxarılan məhsulun həcminə də təsir edir. Tələbat stabil artdığına görə bazara çıxarılan məhsulların da qiyməti avtomatik bazar konyunkturası şəraitində bahalaşır”.

Xalid Kərimli

İqtisadçı ekspert qeyd edib ki, qiymətlərin tənzimlənməsində idxal da rol oynayır: “Burda təbii ki, qiymətlərin tənzimlənməsində idxal da rol oynayır. Ötən illə müqayisədə bu ilin yanvar-may aylarında ölkəyə idxal edilən ətin həcmində 11 %- ə qədər azalma var. Bu ilin 5 ayında ölkəyə 19 min 936 ton ət idxal edilmişdirsə, ötən il bu rəqəm 22 min 178 ton olmuşdur. Ümumi gələn ətin tonnajında qiymət ucuzlaşması da müşahidə olunub. Bu əsasən quş ətinin ucuzlaşması hesabınadır. Əgər ötən il ölkəyə idxal edilən ətin ortalama quş, mal əti daxil olmaqla, qiyməti 2385 dollar idisə, bu rəqəm indi 2063 dollardır. İdxal olunan mal və quş ətinin strukturuna baxanda görürük ki, mal ətində daha kəskin eniş var. 20,1 %-lik həcm azalması var. İdxal olunan mal ətinin qiymətində bir qədər bahalaşma müşahidə olunur. İdxal olunan mal ətinin tonunun qiyməti 3827 dollardır. 1 kq təqribən 3,8 dollardan bir qədər yüksəkdir.

İdxal olunan quş ətində də ötən illə müqayisədə 8,3 % azalma müşahidə olunur. Mal ətindən fərqli olaraq. İdxal olunan quş ətinin qiymətlərində bir qədər azalma var. Saxlanılan heyvanların sayının azalmasının davam etməsi, idxalın da aşağı düşməsi, tələbatın isə stabil artımla müşahidə olunması bazarda qiymətləri artırır. Ona görə də heyvandarlıqla məşğul olan şəxslərin xərcləri də artır. Bunun əvvəlki illərlə müqayisədə alıcılıq qüvvəsi də inflyasiya nəticəsində daha aşağı düşür. Bütün bunlar ət bazarında qiymət artımına yaxın gələcəkdə də davam etməsinə səbəb olacaq”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Sentyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri